

Pokemon Go haqda maralı məlumatlar yayılmaqda davam edir. Bu faktların bəziləri ilə tanış olaq.
1) Pokemon Go istifadəyə verildiyi ilk 5 gündən etibarən Candy Crash və Angry Birds oyunlarını geridə qoyaraq liderliyi ələ alıb.
NES 30 yaşını qeyd edir!
2) 7 iyulda ABŞ-dakı cihazlarda Tinder-i geridə qoydu.
3) 8 iyulda artıq ABŞ-da olan bütün Android cihazlarının 5.16%-də oyun qurulmuşdu.
4) İlk 3 həftədə 75 milyon
köçürülmə qeydə alınıb.
5) Oyun ABŞ-da günlük 25 milyon şəxs tərəfindən istifadə olunur. Günlük ortalama istifadə vaxtı 33 dəqiqə 25 saniyədir. Bu göstərici Facebook, Twitter, Messenger və Whatsapp-la müqayisədə daha çoxdur.
6) Günlük istifadəçi sayına görə Twitter-dən öndədir.
7) İstifadəyə verildiyi ilk gündə 4.5 milyon dollar, 2 həftə sonra isə 35 milyon dollar gəlir gətirdi. Oyun təkcə iPhone istifadəçilərindən günlük ortalama 1.6 milyon dollar qazanır.
8) 30 dəq-lik istifadə zamanı iPhone-un enerji itkisi 20% təşkil edir.
9) Hər 30 dəq-lik istifadə zamanı 5mb-lıq məlumat bazası istifadə olunur.
10) Oyun istifadəçiləri artdığı üçün Powerbank-lara olan tələb 50% artıb.
11) Pokemon Go Plus bilərzikləri və bənzər aksessuarlar yaxın zamanda satışa çıxarılacaq.
12) Pokemon Go oynarkən bir çox insan qəzaya uğrayıb.
13) Google-da ən çox axtarılanlar siyahısında Pokemon Go-nun olduğu açıqlanıb.
14) Bütün oyun Google Map-da görünən real yerlər üzərində əks olunub.
15) Xəritədə bəlli yerlərdə PokeStop və Gym-lər yer alır.
16) Fərqli Pokemon növləri uyğun yerlərdə yer alır. Məsələn, su hövzələrində mühitə uyğun pokemonlar mövcuddur.
Şərh yoxdur