main-post-cover

    "Pokemon GO" inanılmaz rekorda imza atıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Sensor Tower” adlı analitika şirkəti "Pokemon GO” oyununun təqdim olunmasından bir ay ərzində əldə etdiyi gəlirin statistikalarını bildirib.

    Şirkətin mütəxəssisləri bildiriblər ki, oyunun yaradıcısı "Niantic Labs” studiyası bir ay ərzində 200 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, bu göstərici həm iOS həmdəki Android platformalarının ümumi nəticələri əsasında tərtib olunmuşdur. Technote.az-ın "Gagadget.com” saytına istinadən verdiyi xəbərə əsasən "Pokemon GO”, onun yaxın rəqibi "Clash Royale”-dan iki dəfə çox gəlir əldə edib. Bir vaxtlar bütün rekordları qırmış "Candy Crush Soda Saga” oyunu isə "Pokemon GO”-dan əldə olunmuş gəlir baxımından 7 dəfə geriləyir. Bundan əlavə olaraq "Sensor Tower” mütəxəssisləri hesablayıblar ki, orta statistik "Pokemon GO” oyunçusu gün ərzində 26 dəqiqəsini oyunda keçirdir. Qeyd etmək lazımdır ki, oyunun əldə edəcəyi gəlir getdikcə artacaq. Belə ki, keçən həftə "Pokemon GO” 15 Asiya ölkəsində rəsmi olaraq aktiv olunub.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər