Nintendo, "Pokemon GO" ilə bazar dəyərini 7,5 milyard dollar artırdı
Digər
07.05.2017
Farid Pardashunas
Yayımlandığı gündən sürətlə yayılan Pokemon GO oyunu şirkətinin dəyərini 7,5 milyard dollar artırıb.
Hər keçən saniyə oyunçu sayısı artan "Pokemon GO" oyunu Nintendo şirkətinin yenidən dəyər qazanmasına şərait yaradıb. Həftənin ilk günündə yüksələn Nintendo hissələri 25%-ə yaxın artıb və Tokio birjasında 305 manat dəyər ilə alınmğa başlayıb. Bu yüksəliş isə şirkətin dəyərinin birdən-birə 7,5 milyard dollar artmasına səbəb olub. Hal hazırda Android istifadəçilərinin APK olaraq, iOS istifadəçilərinin isə App Strore-dan yüklədiyi bu oyun ABŞ-da və Yeni Zellandiya-da ən çox yüklənilən oyunlar sırasında birinci yerdədir.
Niantic tərəfindən hazırlanan bu oyuna Pokemon Company tərəfindən də dəstək olub. Nintendo yatırım ilə isə buradan 30% paya sahibdir. Digər pay isə yəqin ki, digər iki şirkət arasında bölünür. Sözügedən oyun hələ də ölkəmizdə yükləmək mümkün deyil, lakin APK ilə android cihazlara bu oyunu yükləyib oynaya bilərsiniz. Bunun üçün bu keçidə daxil olub, "Pokemon GO"-nu cihazınıza yükləməyiniz lazımdır. iOS istifadəçiləri isə regionu ABŞ və Yeni Zellandiya seçməklə oyunu yükləyə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)