main-post-cover

    Pokemon GO öldürdü!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Günümüzün ən məşhur oyunu olan Pokemon GO, hər keçən gün fərqli bir hadisə ilə qarşımıza çıxır. Pokemon GO oynayarkən hündürlükdən yıxılanlar, həbs edilənlər və s. deyərkən ilk ölüm hadisəsinin də xəbərini aldıq. 


    Hələ də rəsmi olaraq bütün dünyada istifadəyə verilməsə də hərkəsin oynaya bildiyi Pokemon GO, təəssüflər olsun ki Quatemalada bir gəncin ölümünə səbəb oldu.
    Quatemalada yaşayan 18 yaşındakı "Jerson Lopez de Leon" və onun qohumu olan 17 yaşındakı "Daniel Moises Picen" birlikdə Pokemon ovlamaq üçün bir evə icazəsiz girdilər.  
    Ev sahibi bundan xəbər tutduqdan sonra gəncləri güllə yağışına tutdu. Hadisə nəticəsində "Daniel Moises Picen" ağır yaralandı. "Jerson Lopez de Leon" isə aldığı xəsarət nəticəsində həyatını itirdi.  Polislər ətrafda 20dən artıq mərmi qalığı tapsalar da hadisəni törədən şəxsi tapmaq mümkün olmayıb. Hadisəni törədən şəxsin geniş miqyaslı axtarışına başlanılıb. 

    Leonun ölümü isə Pokemon GO-nun ölümlə nəticələnən ilk hadisəsi olaraq tarixlərə keçdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər