main-post-cover

    Pokemon GO oyununa qadağa qoyan ilk ölkə

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Technote.az-ın "BBC”ə istinadən verdiyi xəbərə əsasən İran höküməti Pokemon GO oyununa təhlükəsizlik baxımından öz ölkəsində qadağa qoyub.

    Bu qərarı İranın virtual mühiti üzrə ali şurası (internet aktivliyi üzrə monitorinqə nəzarət edən rəsmi dövlət orqanı) qəbul edib. Verilmiş məlumata əsasən dövlət hakimiyyəti oyunu qadağan etməmişdən öncə Pokemon GO-nun yaradıcıları ilə əməkdaşlıq etmək barəsində razılığa gəlməyə çalışıblar. Hakimiyyət qeyd edirdi ki, oyunun qadağan olunması oyunun yaradıcıları ilə dövlət rəhbərliyi arasındakı əməkdaşlığın səviyyəsindən asılıdır. Oyunun qadağan olunması məsələsi təkcə İranda deyil digər ölkələrdədə müzakirə mərkəzindədir. Məsələn Rusiya Federasiyasında bir çox nazir RFTX-dan (Rusiya Federal Təhlükəsizlik Xidməti) oyunun ölkə ərazisində qadağan olunmasını tələb etmişdir. Nazirlərin fikrincə oyunu oynayan şəxslərin bir çoxu casus və ya terror qruplaşmasının nümayəndələri ola bilər. Nəzərinizə çatdıraq ki, Pokemon GO oyunu iyul ayının əvvəlində təqdim olunaraq bütün dünya üzrə böyük uğura imza atmışdır.
    Linki kopyala