main-post-cover

    Pokemon GO oyununda ustalaşmağın yolları

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Pokemon GO oyunu son zamanların ən dəbdə olan oyunudur. Gün-gündən istifadəçilərinin sayını artıran oyun, rəsmi marketlərə yüklənmədən rekordlar qırır. Pokemon tutmaq üçün bir çox insan yollara düşüb, axtarış edir. Gəzən, qaçan insanların sayı artıb. Bu bir növ onlar üçün idman da sayılır artıq. Pokemonlar şəhərin hər yerində mövcuddur. Ağlınıza gələn hər yerdə ola bilər. Oyunu oynamaq üçün GPS və internet xidmətləri açıq olmalıdır. ABŞ və Yeni Zellandiyadan sonra bütün dünyada çox sürətlə yayılan bu oyunda necə ustalaşmağın yollarından bəhs edəcəyik. Göstərəcəyimiz yollarla daha tez və sürətli Pokemon tuta biləcəksiniz. Bu xəbəri yazdığımız vaxtda belə Pokemon GO oyunu AppStore və Play Market`də olmayacaq. Digər mənbələrdən apk formada yükləmək lazımdır. Oyunu yüklədikdə GPS və kamera servisləri ilə size gəzməyə vadar edir. Siz gəzdikcə oyundakı personajınız da gəzir. Pokemon tapıldıqda, telefona bildiriş gəlir. Pokemonun üzərinə basdıqda kamera açılır və sanki real obyektlərdə real Pokemon tuturmuş kimi görünür. Pokemon topları ilə onları əldə edə bilərsiniz. Pokemon GO ağıllı telefonlarda online olaraq "augmented reality” (artırılmış reallıq) texnologiyası ilə işləyir. Oyunda məqsəd real adreslərə gedərək Pokemon tutmaqdır. Yəni, çox gəzəcəksiniz. Pokemon toplayıb öz kolleksiyanızı genişləndirə bilərsiniz. Daha sonra bu Pokemonlarla digər istifadəçilərlə döyüşə bilərsiniz. Bu qədər məlumat bəs edər. Bu yazıda Pokemon GO oyununu daha effektiv oynamağın yollarını sizə çatdıracağıq. Elə isə başlayaq.
     
    Oyuna yeni başlayan şəxslər, sizə təklif olunan ilk 3 Pokemondan heç birini seçməyin, rədd edin. Daha sonra sizə yeni Pokemonlar təklif olunacaq. Onların arasında Pikaçu da olacaq. Oyunçuların ən böyük dəstək aldığı hissə "Nearby”, yəni "Yaxındakılar” bölməsidir. Burada siz sizə yaxın olan Pokemonları görə bilərsiniz. Burada önəmli detail unutmayın. Addımları öyrənin. Məsələn, hər hansı pokemon üçün 1 feet yaxınlıq yazılırsa, bu çox yaxındır deməkdir. Əgər 3 feet yazılırsa, uzaqdır. Amma gəzərək ona da çatmaq olar.
    Pokemon GO oyununda ustalaşmağın yolları
     
     
    Pokestop nöqtələrinə baş çəkin. Burada siz Pokemon topları və digər əşyalardan ala bilərsiniz. Hər Pokestop nöqtəsinə 5 dəqiqədən bir baş çəkmək olur. Unutmayın, bu nöqtələrdə həmişə bi Pokemon da olur.
     
    Pokemonla qarşılaşdıqda əsas məsələ onu tuta bilməkdir. Pokemon toplarınızı boşa xərcləməyin. Pokemon qarşınıza çıxdıqda bir halqa əmələ gəlir. Dairə kiçildikdə onu tutmalısınız. Burada halqalar rənginə görə bölünür. Yaşıl halqa asan, Sarı halqa orta, Qırmızı halqa isə çətin tutulan Pokemonlarda əmələ gəlir. Gün ərzində Pokemonların mövcud olduğu saatlar da önəmlidir. Bəzi Pokemonlar gecə, bəziləri isə gündüz ortaya çıxır. Fərqli məkanlar fərqli Pokemon deməkdir. İnsanların çox olduğu və Pokestop nöqtələrində həmişə Pokemon vardır. Amma daha az və nadir tapılan Pokemonlar üçün ara küçələri, az gedilən yerləri də gəzmək lazımdır.
     
    Daha əvvəl tutduğunuz Pokemonlar bir daha qarşınıza çıxa bilər. "Məndə var onsuz, lazım deyil” deyib keçməyin. Çünki yenidən yaxaladığınız bu Pokemon ilə onlar "təkamül” yaşayır və daha da güclənir. Bundan başqa sürpriz yumurtalar var. Bu yumurtalardan Pokemon çıxır və yumurtaların qırılması üçün 2, 5 və ya 10 km gəzmək lazımdır. Məsafəsi böyük olan yumurtalardan əksər hallarda nadir Pokemonlar çıxır.
     
    Pokemon GO oyununda ustalaşmağın yolları
     
    Pokemon GO arxa planda işləmir. Yəni Pokemon ovuna çıxdıqda oyunda olmaq şərt və məcburidir. GPS və İnternet xidmətlərini də nəzərə alsaq, telefonunuzun enerjisini ən sürətli bitirən oyun olacaq. O qədər sürətlə endirəcək ki, telefon sizə lazım olduqda enerjisi olmaya bilər. Ona görə əlavə batareya, powerbank və ya bu tipli enerji mənbələri daşımağınız məsləhətlidir. Günün altında çox gəzməyin, gəzirsinizsə, gündən qoruyucu vasitələrdən də istifadə edin. Pokemon tutacam deyə, sağlamlığınıza zərər verməyin. :)
     
    Pokemon GO oyununda ustalaşmağın yolları

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər