main-post-cover

    Pokemon GO-ya görə Nintendo-nun səhmləri aşağı düşüb. Səbəb nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Pokemon GO oyunu təqdim olunan vaxtdan Nintendo şirkətinin səhmlərinin qiyməti stabil olaraq qalxırdı. Lakin investorlar biləndə ki, əslində oyunun yaradıcısı Niantic Labs. Nintendo şirkətinə məxsus deyil, şirkətin səhmlərinin qiyməti 18% aşağı düşüb. Bu isə Tokio birjasında ən aşağı göstəricidir. İnvestorlar öyrəniblər ki. Pokemon GO Nintendo şirkətinə məxsus deyil. Belə ki, şirkət The Pokemon Company-nin yalnız 32% səhminə sahibdir. The Pokemon Company isə öz növbəsində Niantic Labs. ilə birlikdə Pokemon GO oyununu hazırlayıb. Niantic Labs. Google-ın tərkibinə daxil idi. Lakin oyunun çıxmasına az qalmış o heç bir şirkətdən asılı olmayan studiya statusunu əldə etmişdir. Beləliklə Nintendo-nun səhmləri bir gün ərzində 6.4 milyard dollar dəyərində ucuzlaşıb. Bu məlumatın ortaya çıxması ilə səhmlərin qiyməti 18% aşağı düşüb. Bundan əlavə olaraq Nintonda bildirib ki, Pokemon GO şirkətin rekord dərəcədə gəlir əldə etməsinə səbəb olmayacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər