main-post-cover

    Pokemon Go-ya meydan oxuyan hackerlərə ağır zərbə

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir müddət əvvəl PoodleCorp hacker qrupu Pokemon Go oyununu Google Play və App Store-dan bir dəfəlik siləcəkləri haqda xəbər(Hackerlər Pokemon GO-nun serverlərini çökdürəcəklərini bildiriblər) paylaşmışdılar. Amma gözlənilənin əksi oldu və onların özlərinə qarşı başqa bir hacker qrupu kiber hücum təşkil etdi. Xatırladaq ki, avqustun 1-i tarixində PoodleCorp-un ictimaiyyətə müraciətində, Pokemon Go-nun serverini çökdürəcək və bununla da bu oyunun oynanmasının qarşısını alacaqlarını bildirmişdilər. Qeyd edək ki, Pokemon Go-nun 150 milyon istifadəçisi var. QruplaşmaYoutube ulduzlarının, League of Legends Steam serverlərini çökdürmüşdülər. Təşkilatın işi ABŞ-da qadağan olunmuş olaraq qiymətləndirilir.
     
    Bu gün bu hacker qrupunun öz hesabı adı məlum olmayan qruplaşma tərəfindən hücuma məruz qalıb. Bu haqda LeakedSource məlumat paylaşıb. Nə qədər ziyan dəyməsi haqda məlumat açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər