Reklam
Pokemon GO`nun səbəb olduğu bədbəxt hadisələr

Pokemon GO`nun səbəb olduğu bədbəxt hadisələr

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Pokemon GO oyununun çıxmasından elə də çox zaman keçməyib. Bütün dünyanı ağuşuna alan bu oyunu oynayanların sayı kəskin sürətlə artır. Hətta iş o yerə çatıb ki, Pokemon tutmaq üçün qruplar təşkil olunur, turlar yaradılır. Oyun insanları sosiallaşdırırmı? Əslində bu sual özündə bir çox məsələləri birləşdirir. Bu suala konkret cavab vermək, yəqin ki mümkün deyil. Çünki Pokemon oynayanlar arasında neqativ hadisələr də çoxalıb.

Artıq oyunla bağlı bir çox hadisələr də gündəmə gəlməyə başlayıb. ABŞ`da oyun oynayanları izləyən və silahlı soyğuna məruz qoyan 4 nəfər həbs olunub. Meksikada isə Pokemon perjonajlarını tutmaq istəyən bir şəxs ehtiyatsızlığına görə körpüdən yıxılıb və ölüb. Wyoming əyalətində yaşayan 19 yaşlı Shayla Wiggins Pokemon tutmaq üçün gəzdiyi vaxt bir cəsəd tapıb. O qeyd edirdi ki, çayın qırağında gəzəndə nəyinsə suyun üzündə qaldığını görüb. Biraz diqqətlə baxdıqdan sonra bunun cəsəd olduğunu anlayıb. Bundan sonra qorxan və ağlayan qız 911`ə zəng edərək məlumat verib. Pokemon çılğınlığı bununla bitmir. Bu "xəstəliyə” İraqda bir terror qruplaşmasına qarşı döyüşən ABŞ əsgərləri də yaxalanıb. İraq Kürdüstan Ərazi İdarəsinə tabe olan Dohuk şəhərində könüllü olaraq vəzifə icra edən 26 yaşlı Louis Park`ın sosial mediada paylaşdığı şəkildə, silahın lüləsində bir Pokemon personajı olan Squirtle`nin olduğu görülür. Bundan başqa bir sıra şəhərlərdə bu oyun cinsi istismara, soyğun və başqa cinayətlərə də yol açıb.

Almaniyada Auschwitz-Birkenau muzeyində Pokemon GO oyunu qadağan olunub. Muzeyin müdiri Pawel Sawicki oyun istehsalçılarına muzeyin içindəki sahəni çıxarmaqlarını bildirib. O qeyd edib ki, oyunun muzeyin içində oynanması Nazi Almaniyası qurbanlarına hörmətsizlik əlamətidir və heç bir halda buna icazə verməyəcəklər. Həmçinin, Twitter`də "#PokemonGo oyununun abidə və muzey tipli yerlərdə oynanmasına icazə verməyin. Bu hörmətsizlikdir” şəklində tvit də atıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×