
Pokemon tutmaq asan olmayacaq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Pokemon Go-ya
olan maraqlar dünyada səs salmaqda davam etdikcə yeniliklərin edilməsi vacib
xarakter daşımağa başlayır.Bunu nəzərə alan mütəxəssislər Pokemon Go üçün
yenilik edib və artıq Pokemon tapmaq əvvəlki
qədər asan olmayacaq, çünki Android və İOS sistemləri istifadəçiləri artıq
Pokemonların izlərini görə bilməyəcəklər. Yalnız onların orda olması haqda təəssürat
yaradılacaq. Belə olan halda ayaq izlərinin köməyi ilə tapdığınız Pokemonları
artıq yeni üsullarla axtarmalı olacaqsınız. Amma digər tərəfdən siz öz
avatarınıza yenidən düzənləyə biləcəksiniz. Həmçinin oyundakı vizuallıq və
animasiya effekti daha irəli səviyyəyə daşınacaq. Xəritədə, pokemonların
görünüşü və əldə olunan medallar da bu dəyişiklərdən kənarda qalmayıb.
Linki kopyala
Həftənin xəbərləri

