main-post-cover

    Polis, ölən adamın telefonunun kilidini açmaq üçün yeni barmaq hazırlayır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    Şüphəli və qatili tapmaq üçün polisə ölən adamın telefonunda olan məlumatlar lazımdır. Lakin, telefon baramaq izi ilə kodlanıb. Belə vəziyyətdə polis nə edəcək?

    Ağıllı telefonlarda təhlükəsizliyin təmin olunması və şəxsi məlumatların qorunması məqsədilə təhlükəsizlik tədbirlərinin artırılması bəzən problemlərə səbəb olur. Belə ki, Amerikada yaşanan bir cinayət nəticəsində polis şüphəli şəxslərin izinə düşmək üçün ölən adamın məlumatları və telefonuna baxmalıdır. Lakin telefon barmaq izi vasitəsilə kodlandığı üçün telefonu açmaq mümkün deyil. Ölən şəxsin telefonunun kilidini açmaq üçün polislər əllərində olar barmaq izi nümunələrindən yeni bir barmaq yaradaraq telefonun kilidini açmaq üçün araşdırma başladıblar.



    Bu araşdırma üçün polislərin ilk müraciət etdikləri yer isə  Michigan State Universiteti olub. Professor Anil Jain-a müraciət edən polislər barmaq izlərinin 3D çıxıntısı ilə yeni bir barmaq yaradıb kilidin açılıb açılmayacağı haqqında məlumat əldə ediblər. Professor və tələbəsi bu məqsədlə bir neçə həftə ərzində 3D çıxıntılar ilə saxta barmaq yaradacaqlar və telefonun şifrəsini açmağa çalışacaqlar. İşin pis tərəfi isə ölən adamın hansı barmağı ilə telefonu kodladığı məlum deyil. Buna görə də 10 barmaq üçün də bu iş həyata keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər