Davamlı olaraq inkişaf edən virtual reallıq sektoru ilə ayaqlaşmaq istəyən PornHub, virtual reallıq üçün xüsusi olaraq dizayn etdiyi kateqoriyasını təqdim edib.
Dünyanın ən məşhur porno saytlarından biri olan PornHub, gün keçdikcə inkişaf edir və istifadəçi sayını artıran virtual reallıq cihazlarına uyğun ola bilmək üçün yeni kateqoriya yaratdığını elan edib. Bu kateqoriyada virtual reallıq cihazları ilə uyumlu olan və normal videolara görə daha böyük ölçüyə sahib olan 360 dərəcəlik videolar yer alacaq. Videonu izləyən insanlar virtual reallıq cihazlarından istifadə edərək o anı yaşayırmış kimi baxış istiqamətlərini dəyişə biləcək.
Google Cardboard kimi ucuz və rahat virtual reallıq cihazlarının bazara təqdim olunması ilə birlikdə bu sektorda potensial görən PornHub, bu kateqoriyanı biraz daha fərqləndirib ayrı istifadəçilər qəbul edəcək. Virtual gerçəklik kateqoriyasının tanınması və istifadəçi sayını artırmaq üçün porno sayt, virtual reallıq kateqoriyasında qeydiyyatdan keçən ilk 10.000 nəfərə ödənişsiz Google Cardboard hədiyyə edəcək.
Şərh yoxdur