main-post-cover

    Porsche: Paul Walker ölümünə görə özü məsuliyyət daşıyır.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Porsche markalı maşında qəza törədərək həyatını itirən məşhur aktyorun ölüm səbəbi ilə yaradılan məhkəmə sonrası Porsche, heç bir məsuliyyət daşımadığını və ölümünə səbəb Paul Walker-in özünün olduğunu açıqladı.
    Çəkildiyi filmlərdəki talehini real həyatda yaşayan Paul Walker ölümü ilə bütün dünyanı sarsmışdı. Pərəstişkarları heç cür onun ölümünü qəbul edə bilmirdi. Aktyorun 16 yaşlı qızı Meadow Walker baş vermiş qəzada Porsche-ni günahlandırmışdı. Meadow məhkəmənin başlaması ilə Porsche-nin nüfuzuna zərər gələcəyini bildirmişdi. Lakin bütün bu iddialara cavab verməyən Porsche-nin nahəyət səbri tükəndi və verdiyi açıqlamada bu məsələdə Paul Walkerin günahkar olduğunu və hasdisəyə səbəbin yüksək sürətin olduğunu qeyd etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər