main-post-cover

    PowerPoint şablonu ilə cəlbedici və professional təqdimatlar hazırlayın (1-ci hissə)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Power Point təqdimatları tez-tez iclaslarda və universitet dərslərində istifadə edilir. Ancaq düzgün şablon seçimi ilə bu sıxıcı təqdimatları daha cəlbedici və professional hala gətirə bilərsiniz. Dizayner Luis Tvelv ağ və qara rəngləri əsas götürən ödənişsiz şablonlar paylaşdı.

    Təqdimatlarda insanların daha az sıxılması və təqdimatlarda məlumatların daha asan oxuna bilməsini məqsəd edən bu şablonları linkə daxil olaraq yükləyə bilərsiniz.
    Əgər bu şablon kifayət etməyəcək deyirsinizsə və ya biraz daha sürətli, cəlbedici şeylərə ehtiyacınız varsa aşağıdakı alternativlər də sizə kömək edə bilər.

    Starbucks mühiti dadındakı bir təqdimat üçün Coffee Shop şablonu sizə kömək edəcəkdir. Beləcə izləyənlər slaydlarınızdan doymayacaqlar.

    Flat dizaynın modası hələ uzun müddət davam edəcək. Əgər istəsəniz Flat dizayn şablonunu tez bir vaxtda dəyişdirərək müasir və cəlbedici bir təqdimat hazırlaya bilərsiniz.

    Sosial media analiz təqdimatı hazırlamalısınız amma şablonunuz yoxdursa həm cəlbedici həm də sürətli bir iş üçün sosial media əsaslı bu şablonu mütləq kompüterinizdə saxlayın.

    Maliyyə hesabatları ilə bağlı bir təqdimat hazırlayırsınızsa hətta bir də saldo (gəlir-itki və s.) əsaslı bir şeylər danışmaq istəyirsinizsə bu şablon sizi bu sahədə olduqca güclü göstərəcəkdir.


    Technote.az olaraq bugündən etibarən müxtəlif iş və təhsil sahələrinə uyğun ödənişsiz PowerPoint təqdimat şablonlarını mütəmadi olaraq sayta yerləşdirəcəyik ki, artıq slayd materiallar hazırlamaq yorucu olmaqdan çıxsın və hər kəs bunlardan yararlana bilsin.

    Linki kopyala