main-post-cover

    "Prisma" Android-ə gəlib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Adi fotoları rəssamlıq şah əsərlərinə çevirən məşhur Prisma tətbiqinin yaradıcıları bildiriblər ki, tətbiq artıq Android platforması üçün aktivdir. Lakin tətbiq hələki Android platforması üçün beta versiya şəklindədir. Həmin beta versiyadan istənilən istifadəçi yararlana bilər. Prisma-nın beta versiyasından yararlanmaq üçün tətbiqin rəsmi saytında (http://prisma-ai.com/) qeydiyyatdan keçmək lazımdır. Əsasə səhifənin aşağı hissəsində "Sign up for news” düyməsi var. Həmin düyməyə klikləyərək ad və mail ünvanı qeyd edəndən sonra istifadəçi qeydiyyatdan keçmiş olacaq. Tətbiqə dəvətnamələr istifadəçilərə bu axşam göndəriləcək. Tətbiqin beta versiyasında artıq 35 ədəd filtr mövcuddur. Prisma ilə çəkilmiş fotolardan başqa cihazın yaddaşında olan fotoları da editləmək mümkündür. Filtr hər-hansı bir fotonu bir neçə saniyə ərzində editləyir. Daha sonra editlənmiş fotonu cihazın yaddaşında saxlamaq və müxtəlif sosial şəbəkələrdə paylaşmaq olar. Tətbiqin yaradıcıları qeyd ediblər ki, beta versiyada bəzi xətalar ola bilər. Beta-testlər isə məhz həmin xətaları üzə çıxarıb onları aradan qaldırmaq üçün nəzərdə tutulub. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər