"Prisma" Android-ə gəlib

"Prisma" Android-ə gəlib

Texnologiya
08.05.2017 PAYLAŞIM

Adi fotoları rəssamlıq şah əsərlərinə çevirən məşhur Prisma tətbiqinin yaradıcıları bildiriblər ki, tətbiq artıq Android platforması üçün aktivdir. Lakin tətbiq hələki Android platforması üçün beta versiya şəklindədir. Həmin beta versiyadan istənilən istifadəçi yararlana bilər. Prisma-nın beta versiyasından yararlanmaq üçün tətbiqin rəsmi saytında (https://prisma-ai.com/) qeydiyyatdan keçmək lazımdır. Əsasə səhifənin aşağı hissəsində "Sign up for news” düyməsi var. Həmin düyməyə klikləyərək ad və mail ünvanı qeyd edəndən sonra istifadəçi qeydiyyatdan keçmiş olacaq. Tətbiqə dəvətnamələr istifadəçilərə bu axşam göndəriləcək. Tətbiqin beta versiyasında artıq 35 ədəd filtr mövcuddur. Prisma ilə çəkilmiş fotolardan başqa cihazın yaddaşında olan fotoları da editləmək mümkündür. Filtr hər-hansı bir fotonu bir neçə saniyə ərzində editləyir. Daha sonra editlənmiş fotonu cihazın yaddaşında saxlamaq və müxtəlif sosial şəbəkələrdə paylaşmaq olar. Tətbiqin yaradıcıları qeyd ediblər ki, beta versiyada bəzi xətalar ola bilər. Beta-testlər isə məhz həmin xətaları üzə çıxarıb onları aradan qaldırmaq üçün nəzərdə tutulub. 




DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×