main-post-cover

    Prisma rəsmən Androiddə!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son həftələrin fenomen foto proqramı Prisma rəsmi olaraq Android üçün elan olundu.

    Bir neçə gün öncə rəsmi saytında Android üçün yaxında istifadəçilərə təqdim ediləcək proqramın Beta versiyası yayımlanmışdı. Beta proqramı test etmək üçün saytda qeydiyyatdan keçib apk formada telefona yükləmək lazım idi. Bir neçə saatlıq bütün funksionallığı ilə aktiv olan proqramda effektlərin bir çoxu işlək vəziyyətdə idi. Lakin sonrada proqram istifadəçilərə təşəkkür edib fəaliyyətini dayandırdı və rəsmi versiya elan olunana qədər gözləməyi tələb edirdi. Bu gün, yəni 24 iyul tarixində isə Prisma proqramı public olaraq rəsmən təqdim olundu. Proqram artıq heç bir məhdudiyyət olmadan Google Play Store üzərindən endirilə bilər. Proqramın daxilində olan bütün effektlər aktivdir və Beta proqramdan fərqli olaraq limit qoyulmayıb. Xatırladaq ki, Prisma proqramı ilk olaraq iOS üçün təqdim olunmuşdu. 
    Proqramı buradan endirə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər