Sonuncu sezonunun bitməsindən 6 il sonra "Prison Break serialı Fox kanalına geri qayıdır. Fox kanalının məhdud sayda seriyası çəkilən serial üzərində çalışdığı hələ Television Critics Association sərgisində elan olunmuşdu. Serialın iki əsas ulduzu Wentworth Miller və Dominic Purcell yeni sezonda rol alacaqlar.
"Sonuncu sezonun finalında baş vermiş hadisələrdən bir neçə il sonra biz həmin personajları yenidən görəcəyik. Qardaşlar və serialın digər bəzi personajları yeni proyektdə qayıdacaqlar. Baxmayaraq ki, Wentworth Millerin personajı serialın finalında sağ qalmadı, serialın yaradıcısı Paul Schearing-in personajın yeni proyektə qayıdacağı haqqında maraqlı açıqlaması var. Sizlər bu personajların necə sağ qaldıqları sualına tutarlı cavab alacaqsınız" - deyə Fox kanalının direktoru bildirib. Bundan əlavə məlum olub ki, yeni "Prison Break" 10 seriyadan ibarət olacaq.
Şərh yoxdur