Problemləri həll etmək mövzusunda “Google”dan öyrənə biləcəyimiz 4 şey
Digər
07.05.2017
Farid Pardashunas
"Google” hər zaman iş mühiti və ofis mədəniyyəti ilə irəli çıxarılan, nümunə göstərilən bir şirkətdir. Əslində bunların xaricində "problem həll etmək” istedadı da mövcud olan bir şirkət olduğunu qeyd edə bilərik.
Harvard Business Review-da bir məqalədə bu mövzu barədə Larry Page-in Adwords reklamları ilə bağlı 2002-ci ildə yeməkxanada yerləşən bannerə asdığı yazı nümunə göstərilir. AdWords-ün dizaynını bəyənməyən Larry Page "bu reklamlar bərbaddır” yazısını böyük bir vərəqə çap edərək hərkəsin görəcəyi reklam lövhəsinə asır. Problem həll etməkdə "Google”un istifadə etdiyi bu metodda detallar isə aşağıdakı kimidir:
1. İnsanlar yaxşı işlər görmək istəyərlər
Larry
Page, işçilərin motivasiyasını qırmaq hətta alçaltmaq istəsə onlara gedib
qışqıra/hirslənə bilərdi, təhdid edib həftəsonu günlərlə işlədə bilərdi lakin
bunu etmək yerinə daha insani bir davranış ilə reklam komandasına həll edə biləcəyi
daha doğrusu həll etməli olduğu bir "problem” verdi. Nəticə olaraq problem çox
yaxşı bir şəkildə həll edildi.
2. Given enough eyeballs, all bugs are shallow ( Kifayət qədər gözbəbəyi varsa, bütün səhvlər daha kiçik görünür)
Page, sadəcə
komandası ilə bu mövzunu danışaraq da problemi həll edə bilərdi lakin yeməkxana
"Google”dakı çoxlu göz deməkdir. Öz işçilərini yaxşı tanıyan Page, hərkəsin görə
biləcəyi şəkildə problemi ortaya çıxardığında həllin çox daha sürətli və yaxşı
olacağını bilirdi.
3. İnsanlar, onların marağını çəkən işlərdə daha yaxşı performans göstərirlər.
Page-in
bundan əvvəlki anlayışını dəstəkləyəcək şəkildə problemi orda hərkəsin içində
ortaya çıxarmasının bir digər səbəbi də komandadan olmadığı halda həqiqətən
maraqlı olan şəxslərdən daha yaxşı təkliflərin ortaya çıxa biləcəyini bilməsidir.
Əgər bir mövzu bir işçinin marağını cəlb edərsə çox daha uğurlu performans sərgiləyəcəyi
şübhəsizdir.
4. Böyük liderlər işçilərinə məqsəd və hədəf hissini verə biləndir.
İşçilərinizi
tanıyın, nə qədər istedadlı olduqları vacibdir amma o şişirdiləcək qədər də
mütləq deyil, həqiqətən hədəf və məqsəd üzrə yönləndirilməyiblərsə o zaman
istedadları çox da təsirli olmayacaq.
Şirkətinizdə
bir ofis mədəniyyəti yaratdığınız zaman işçilərinizə necə davranmalı olduğunuz
və onların buna necə reaksiyalar verəcəyini də bilərsiniz. Bu səbəbdən də işçilərinizi tanıyın və problemləri daha yaxşı həll etmək üçün bir şirkət mədəniyyəti yaratdığınızdan
əmin olun.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı