main-post-cover

    Project Ara nəhayət üzə çıxır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google'ın uzun müddətdir üzərində işlədiyi modulyar ağıllı telefonu Project Ara demək olar ki, hazırdır.

    Payızda developerlər üçün təqdim olunacaq telefonun digər istifadəçilər üçün istehsalına gələn ildən başlanılacaq. Google bu xəbər səbəbindən Project Ara ilə bağlı yeni videosunu da yayımlayıb. Əslində bu kiçik modulları itirmək çox asan olacaq, amma yenə də Ara'nın modulları güclü görünür.
    Bir hesabata görə Google’ın içində təxminən 30 nəfər Ara prototiplərindən istifadə edir. Şirket, platformasının bütün hissələrinin mövcud olduğunu söyləyir. Telefonun developer versiyası 5.3 düym ekrana sahib olacaq və gözlədiyimiz kimi Android əməliyyat sistemi ilə işləyəcək.
    ARA modulları üzərində Panasonic, TDK, iHealth, E Ink, Toshiba, Sony Pictures Home Entertainment və Samsung ortaq işləyir. 
    Ancaq çərçivəyə inteqrasiya edilmiş hər hansı modulun parçası görünmür. Buna görə də təxmin olunur ki, ilk nəsil Ara ilə çipset, batareya və ya ekran dəyişdirilməsi mümkün olmayacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər