Ridley Scott-un rejissorluq edəcəyi növbəti film "Prometheus 2" olacaq. Bu barədə rejissor yenicə verdiyi müsahibəsində bildirib.
"Mən artıq növbəti film üzərində işlərə başlamışam. Söhbət "Prometheus 2" filmindən gedir" - deyə rejissor bildirib. Scott filmin süjet xətdi və çəkiliş qrafiki barəsində heç bir məlumat verməyib. 20th Century Fox studiyasının rəsmiləri də bu barədə hələki məlumat vermirlər. Çəkilişlərin gələn ilin yanvar ayında başlayacağı gözlənilir. Birinci filmdə baş rolları canlandırmış Michael Fassbender və Noomi Rapace ikinci filmdə geri qayıdacaqlar. Qeyd edək ki, 2012-ci ildə böyük ekranlara çıxmış "Prometheus" filmi cəmisi 400 milyon dollar gəlir gətirmişdir.
Şərh yoxdur