main-post-cover

    Prometheus filminin davamının adı bəlli olub.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Prometheus" filminin ikinci hissəsinin rəsmi adı bəlli olub. film "Alien: Paradise Lost" adlanacaq. Bu barədə Ridley Scott öz müsahibəsində bildirib. Filmi bu cür adlandırmaqda Ridley Scott üçün ilham mənbəyi kimi ingilis şairi John Milton-un "Paradise Lost" adlı poeması olub.
    "Sizin bu poema haqqında məlumatınız var?" - deyə rejissor müsahibəni alan jurnalistdən soruşub. "Əminəm ki, siz onu oxumamısınız. Bu intellektual səslənir və film ilə bəzi ortaq məqamlar olacaq" - deyə rejissor bildirib. Filmdə hadisələr əsasən Engineers irqinin müəmmalı planetində baş verəcək. Ridley Scott daha əvvəl bildirmişdi ki, klassik xenomorph məxluqunu filmdə birdə göstərməyəcək. Onun yerinə rejissor digər növ məxluqları filmə əlavə edəcək. "Alien: Paradise Lost" filminin çəkilişləri 2016-cı ilin fevral ayında start götürəcək. Baş rolları isə yenidən Noomi Rapace və Michael Fassbender canlandıracaqlar. Bir neçə gün bundan qabaq Ridley Scott müsahibələrin birində bildirmişdir ki, o film seriyasının daha 3 hissəsini çəkməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər