Proqram təminatı ucbatından baş vermiş 6 faciəvi hadisə

08.05.2017 0 PAYLAŞIM 6365 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Ağıllı” proqram təminatı, bizim gündəlik həyatımızı asanlaşdırır. Lakin onun işində yarana biləcək nasazlıqlar, faciəli nəticələrə gətirib çıxarda bilər. Bəzən hətta kompüterdə olmuş səhvlər, ölümlərə və dağıntılara səbəb olub. Sizlərə bu sahədə baş vermiş 6 faciəli hadisəni təqdim edirik.

1. Kosmos: Ariane 5

4 İyun 1996-cı il tarixində Avropa Kosmik Agentliyi, Ariane 5 adlı raketin uçuşuna start vermişdi. Təəssüflər olsun ki, idarəetmə modulundakı olmuş nasazlıq ucbatından raket, startdan 37 saniyə sonra partlamışdı.

2. Pullar: Knight Capital

2013-cü ildə proqram təminatındakı boşluq nəticəsində "Knight Capital” investisiya şirkəti az qala iflasa uğrayırdı. Kompüterdə olmuş nasazlıq ucbatından insan nəzarəti olmadan səhmlərin alıb-satılması nəticəsində şirkət, yarım saat ərzində yarım milyard dollar vəsait itirmişdi. Nəticədə iki gün ərzində şirkətin səhmləri 75% düşmüşdü.

3. Tibb: Şüa terapiyası

Şüa terapiyası üçün nəzərdə tutulmuş Therac-25 adlı cihazın idarəetmə sistemindəki yaranmış nasazlıq ucbatından 1980-ci illərdə 5 xəstə şəxs yüksək dərəcədə rentgen şüalanması alaraq vəfat etmişdi. Mütəxəssislərin fikrincə nasazlığın səbəbi, cihazın kodlaşdırılmasında idi. Nəticədə proqram təminatı, bir əmri, bir neçə dəfə etmişdi.

4. İnternet: Amazon

2013-cü ildə "Amazon serverlərinin sıradan çıxması nəticəsində istifadəçilər, bulud servisdə yerləşmiş şəxsi məlumatları itirmişdilər. İlk öncə güclü qasırğa ilə başlamış nasazlıq, proqram təminatındakı səhv ucbatından daha da böyük faciəyə səbəb olmuşdu.

5. İnfrastruktur: ABŞ-ın şimal-şərqində baş vermiş black-out

2003-cü ildə sözügedən ərazidə lokal nasazlıq nəticəsində kütləvi şəkildə elektroenerji bağlantısının kəsilməsi baş tutmuşdu. Nasazlıq, "General Electric Energy” şirkətinin avadanlığının monitorinqi üçün nəzərdə tutulmuş proqram təminatındakı səhv ucbatından baş vermişdi.

6. Nəqliyyat: American Airlines

2014-cü ildə proqram təminatındakı boşluq, "American Airlines” şirkətinin bütün hava donanmasının yerə enməsinə səbəb olmuşdu. Biletlərin bron sistemindəki boşluq, bir neçə aviaşirkətlrin birləşməsi nəticəsində yaradılmış ortaq sistem ucbatından əmələ gəlmişdi. Çox güman ki, problem, müxtəlif proqramlaşdırma dillərində yazılmış platformaların birləşməsinin nəticəsi olmuşdur.