main-post-cover

    Proqramlaşdırma və dizayn bilən eləcə də burnundan od püskürən Marketoloqlar üçün Sürücü vakansiyası

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bəli, bəli! Ağzından od püskürə bilən, kərtənkələ kimi regenerasiya edə bilən, ingilis dilində mahnı oxuyub, benqal dilində anlayıb amma danışa bilməyən, 230 kitab yazmış, 18-20 yaşında olub böyük şirkətlərdə minimum 8 il iş təcrübəsinə malik olan, facebookda marketinq qruplarında aktiv olub, 0.003 saniyədə like edən insanlar üçün vakansiyamız var!
    Qəribə gəldi? Hələ bu nədir ki? Siz deyəsən o böyük iş elanları saytlarındakı o böyük şirkətlərin vakansiyalarını görməmisiniz. Burnundan od püskürə-püskürə 0.003 saniyəyə 230 kitab yazdıran şirkətlərdən söz edirəm sizə. Sonra da "Qardaş, bura Azərbaycandır” deyib, başqa vakansiyalara baxmağa davam edirsiniz.
    Səhv sizdə deyil təbii ki, səhv o vakansiyanı hazırlayan şirkətin məsul işçisindədir. Və əgər sən bunu oxuyursansa hörmətli o həmin məsul şəxs, aşağıda sənin üçün də bir neçə kiçik məsləhətim var.
    Uçan-qaçan, atlanıb-düşən, suda üzən, quruda gəzən işçi tapmaq istəyə bilərsiniz amma bu işçi, sirkə falan işə düzəlib, sizin qeyd etdiyiniz vəzifə öhdəlikləri ilə şoular göstərərək külli miqdarda pul əldə edə biləcəkkən, sizin şirkətdə neyləsin? Cavabını əlbəttə bilirsən, elə indi o vakansiyanı silmək üçün həmin iş elanları saytına daxil olmaq üzərəsən. Ya da deyilsən, çünki rəhbərlik o öhdəlikləri tələb edir, çünki rəhbərliyə keyfiyyətli işçidən əlavə ara bir şou göstərəcək pəhlivanlar da lazımdır.

    Bəs şirkətinizi qınaq obyektinə çevirməmək üçün vakansiya elan edərkən nələrə diqqət etməlisiniz?
    Təbii ki, iş tapmaq qədər işçi tapmağın da nə qədər çətin olduğunu bilirik. Bəs vakansiya elan etdiyiniz işə uyğun yox tamamilə absurd xüsusiyyətlər tələb edərkən nə düşünürsünüz, keyfiyyətli karyera imkanı olan şəxs bu absurd vakansiyanızı görsə sizcə cv göndərəcəkmi?
    Proqramlaşdırma və dizayn bilən eləcə də burnundan od püskürən Marketoloqlar üçün Sürücü vakansiyası

    İşverən olaraq cv-lərdən yola çıxaraq işə aldığınız, yuxarıda qeyd etdiyim absurd şərtlərinizə uyğun gəldiyini sandığınız işçilər gözlənilən performansı göstərmədikdə və məhsuldarlıq mövzusunda kifayət etmədikdə çox gec ola bilir və siz də işçilərinizi bir neçə ay işlətdikdən sonra işdən çıxaran zalım işverən damğası almış olursunuz.
    Əgər bu mövzuda daha yaxşı seçimlər edərək, iş elanları vasitəsilə uzun illər birlikdə işləyə biləcəyiniz şəxslərlə tanış olmaq istəyirsinizsə, elanda yer alan işə uyğun vəzifə öhdəliklərini daha detallı şəkildə təyin edə bilərsiniz.
    İş elanlarında qısa və sadə vəzifə öhdəlikləri seçilməsi də səhvdir. Belə olduqda bu bir neçə şərtə ayaq uydura biləcəyini düşünən şəxslər də müraciət etmiş olur və siz də lakin sonradan dediyim kimi çox gec olur. Bəs hər iki haldan xilas olmaq üçün vakansiya açmazdan əvvəl nələrə diqqət etməlisiniz?

    1. İnkişafa özünüzdən başlayın

    Proqramlaşdırma və dizayn bilən eləcə də burnundan od püskürən Marketoloqlar üçün Sürücü vakansiyası

    İş elanı verməzdən əvvəl, müvafiq vəzifəyə uyğun gözləntilərinizi dəqiq olaraq təyin edin. Beləcə iş elanında yer alan vəzifə öhdəliklərini daha dəqiq ifadə edə bilər, vəzifəyə uyğun olmayanların müraciət etmələrinə mane ola bilərsiniz.

    2. Nə istədiyinizi və kimdən istədiyinizi bilin


    Əgər bir iş üçün işçiyə ehtiyacınız varsa nəyə görə əjdaha axtarasınız ki? Yox əjdaha axtarırsınızsa bu əjdahanın ingiliscə Obama kimi danışıb-danışmaması nə üçün sizə bu qədər önəmlidir? Yox əgər həm ingiliscə danışıb, həm də əjdaha olması mütləq olan bu işçinin xarici görünüşü və daima mini yubka geyinməsini sizin üçün mütləq edən nədir? Deyəcəyim odur ki, uyğun gördüyünüz vəzifənin sırf o vəzifəyə uyğun olan detallarını qabardın. Sizin göz zövqünüz və ya imiciniz üçün önəmli olanları yox. Və işçinin keçmiş təcrübələrini önəmsəyin. Bəlkə də içində əjdaha potensialı olan biri hələ də kəşf edilməyib. Bunu kəşf etməyin sizin şirkətiniz üçün çox böyük bir imic qazandıracağına əmin ola bilərsiniz.

    3. Proqnozlarınızı inkişaf etdirin

     
    Sosial həyatınızı gücləndirərək proqnozlarınızı inkişaf etdirə bilər, qarşılaşdığınız namizədləri dəyərləndirərkən zaman qazana bilərsiniz. Namizədlərlə keçirdiyiniz müsahibələrdə doğru şəxsi tapmaq üçün sosial cəhətlərinizin qüvvətli olması mühümdür. Buna əlavə olaraq, performanslara əsaslanan müsahibələr keçirməyiniz də proqnozlarınıza dəstək olmaq baxımından vacibdir. Beləliklə, dəyərləndirmələrinizi namizədlərin istehsalına və bu istehsalı reallaşdırmaq sürətinə görə etməyinizdə fayda var.

    4. Namizədlər üçün güclü bir alternativ halına gəlin

    Performansı yüksək, keyfiyyətli bir işçi əldə edə bilmək üçün sizin də güclü bir iş alternativi nümayiş etdirməyiniz lazımdır. Bir işçinin karyerasını yüksəldə biləcəyi və özünü göstərə biləcəyi bir iş imkanı təklif etdiyiniz zaman daha üstün namizədlər sizi seçməyə başlaya bilərlər. Nəticə olaraq, əgər həqiqətən yaxşı bir işçi axtarırsınızsa, namizədlərə həqiqətən yaxşı fürsətlər və önü açıq bir vəzifə təklif etməlisiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər