PS4 Neo bu il satışa çıxarıla bilər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mənbələrdən xəbər yayılıb ki, konsol bu il satışa çıxarıla bilər. Dava əvvəl xəbər yayılmışdı ki, konsol Sentyabr ayında çıxacaq. Eurogamer-dən olan Richard Leadbetter-in dediyinə görə konsol bu il satışa çıxarılacaq. Fransanın pərakəndə satış mağazalarından biri olan İnnelec isə deyir ki, konsol Sentyabr ayında təqdim olunacaq, Oktyabr ayında isə artıq satışa çıxarılacaq. Konsol texniki olaraq AMD-nin 14nm texnologiyası ilə hazırlanan Polaris GPU və Zen CPU-suna sahibdir. PS4 Neo haqqında xəbəri hələ E3 tədbirindən əvvəl Andrew House təsdiqləmişdi. Microsoftun dediyinə görə PS4 Neo-nun yeni rəqibi XboxOne PROJECT Scorpio 6TFLOP-luq gücü ilə gələn il satışa veriləcək. Bu haqqda məlumatı Microsoft özünün E3 2016 konfransında yayımlamışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)