main-post-cover

    PS4 Neo-nun varlığı təsdiq olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Financial Times saytı ilə müsahibəsi zamanı Sony Interactive Entertainment şirkətinin prezidenti Andrew House bildirib ki, PS4 Neo hal-hazırki modeldən baha qiymətə satılacaq. PS4 Neo ilk öncə hardcore oyunçular və 4K televizor sahibləri üçün nəzərdə tutulub. Sony istifadəçilər üçün yeni servisləri təqdim etməyə çalışır. Məsələn internet televiziya, Spotify saytı ilə PS Music servisinin əməkdaşlığı və s. Bir çoxları ümid edirdilər ki,  Sony şirkəti PS4 Neo konsolunu E3 2016 oyun sərgisində təqdim edəcək. Lakin House qeyd edib ki, Sony yeni konsolu E3 2016-da göstərməyəcək. Bunun səbəbi isə ondadır ki, Sony konsolun yeni versiyasının təqdim edəcəyi xidmətlər barəsində tam əmin olmaq istəyir. Bundan əlavə olaraq əksər insanlar düşünürdülər ki, PS4 Neo-nun satışa çıxmağı istifadəçiləri iki yerə ayıracaq. Standart PS4-ün istifadəçiləri isə bir müddətdən sonra yaddan çıxacaqlar. House bu barədə növbəti fikrini bildirib: "Bütün oyunlar standart PS4 sistemini dəstəkləyəcək. Biz əminik ki, həmin oyunlar və ya onların böyük bir hissəsi yeni PS4-ü dəstəkləyəcək”. Qeyd edək ki, hər iki versiya PlayStation VR tenologiyasını dəstəkləyir. Bəzilərinin fikrincə isə yeni PS4-ün satışa çıxması oyun istehsalı ilə məşqul olan olan studiyalar üçün problemlər yaradacaq. House-un sözlərinə əsasən ilk vaxtlarda studiyalar müəyyən çətinliklər ilə qarşılaşacaqlar. Lakin həmin çətinlikləri arxada qoymaq mümkün olacaq. 
    Linki kopyala