
Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrübə) +18
07.05.2017
Farid Pardashunas
Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı.
Yale Univetsitetində tədqiqaçtı olan iqtisadçı Keith Chen və psixoloq Laurie Santos, "Kapuçin meymunlarına” pul istifadə etməyi öyrətsələr
nə baş verəcəyini bilmək istəyiblər.

Bundan sonra belə bir təcrübə keçirməyə qərar verən tədqiqatçıları
bu eksperimentə yönləndirən səbəblərdən biri də Kapuçin meymunları dünyanın ən
eqoist heyvanları arasında olması idi.
Chen verdiyi açıqlamada "Kapuçinlər yemək və cinsi əlaqə əsaslı
bir həyata sahibdir. Onlara səhərdən axşama qədər yemək versəniz belə yediklərini
qusduqdan sonra daha çox yemək üçün yanınıza gələrlər.”
Bu təcrübənin əsl məqsədi meymunların eqoistliyini ortaya
çıxartmaq və onları pul istifadə etməyə məcbur edən hissləri müşahidə etmək
idi.

Uğurlu olan təcrübələrdən sonra meymunlar pul
qarşılığında jelibom, üzüm və alma kimi şeylər almağı öyrəndilər.

Chen, kapuçin meymunlarına pul kimi istifadə etmələri
üçün ortası deşik gümüş və yumru disklər verdi. Meymunların bu diskləri bir
şeylər ala bilmək üçün istifadə etməyi öyrənməkləri isə Chen-in 7 ayını aldı.

Meymunların büdcə hesablaması, bizimkinə çox bənzər
xüsusiyyətlər göstərdi. Hətta jelibomu daha çox sevən meymunlar daha çox
jelibom ala bilmək üçün üzümlərdən az-az almağa belə başladılar.
Daha sonra kapuçin meymunlarına qumar oynamağı öyrədən
Chen; "İnsanların etdiyi kimi mənasız qərarlar verirdilər. Statistik nəticələrə əsasən
kapuçinlər əsl qumarbazlardan fərqsiz idilər.” deyə fikir bildirib.

Tədqiqatçılar, iki meymunun özlərinə paylanan diskləri cinsi
əlaqə qarşılığında dişi kapuçinlərə verdiyinə şahid oldular. Cinsi əlaqədən sonra
isə dişi kapuçinlər qazandıqları pul ilə üzüm almağa gedirdilər.
Daha sonra
artıq üzüm almaq üçün pul qazanmağın asan yolunu tapan bütün dişi meymunlar pul
qarşılığında cinsi münasibətə girmək üçün bir-birləri ilə yarışmağa başlamışdılar.

Pul paylaşılarkən eynilə insanlarda olduğu kimi disk
oğurlamağa çalışan kapuçin meymunları da var imiş.
Linki kopyala
Həftənin xəbərləri

