Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrübə) +18

Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrübə) +18

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı.

Yale Univetsitetində tədqiqaçtı olan iqtisadçı Keith Chen və psixoloq Laurie Santos, "Kapuçin meymunlarına” pul istifadə etməyi öyrətsələr nə baş verəcəyini bilmək istəyiblər.


Bundan sonra belə bir təcrübə keçirməyə qərar verən tədqiqatçıları bu eksperimentə yönləndirən səbəblərdən biri də Kapuçin meymunları dünyanın ən eqoist heyvanları arasında olması idi.

Chen verdiyi açıqlamada "Kapuçinlər yemək və cinsi əlaqə əsaslı bir həyata sahibdir. Onlara səhərdən axşama qədər yemək versəniz belə yediklərini qusduqdan sonra daha çox yemək üçün yanınıza gələrlər.

Bu təcrübənin əsl məqsədi meymunların eqoistliyini ortaya çıxartmaq və onları pul istifadə etməyə məcbur edən hissləri müşahidə etmək idi.

Uğurlu olan təcrübələrdən sonra meymunlar pul qarşılığında jelibom, üzüm və alma kimi şeylər almağı öyrəndilər.

Chen, kapuçin meymunlarına pul kimi istifadə etmələri üçün ortası deşik gümüş və yumru disklər verdi. Meymunların bu diskləri bir şeylər ala bilmək üçün istifadə etməyi öyrənməkləri isə Chen-in 7 ayını aldı.

Meymunların büdcə hesablaması, bizimkinə çox bənzər xüsusiyyətlər göstərdi. Hətta jelibomu daha çox sevən meymunlar daha çox jelibom ala bilmək üçün üzümlərdən az-az almağa belə başladılar.

Daha sonra kapuçin meymunlarına qumar oynamağı öyrədən Chen; "İnsanların etdiyi kimi mənasız qərarlar verirdilər. Statistik nəticələrə əsasən kapuçinlər əsl qumarbazlardan fərqsiz idilər.” deyə fikir bildirib.

Tədqiqatçılar, iki meymunun özlərinə paylanan diskləri cinsi əlaqə qarşılığında dişi kapuçinlərə verdiyinə şahid oldular. Cinsi əlaqədən sonra isə dişi kapuçinlər qazandıqları pul ilə üzüm almağa gedirdilər.

Daha sonra artıq üzüm almaq üçün pul qazanmağın asan yolunu tapan bütün dişi meymunlar pul qarşılığında cinsi münasibətə girmək üçün bir-birləri ilə yarışmağa başlamışdılar.

Pul paylaşılarkən eynilə insanlarda olduğu kimi disk oğurlamağa çalışan kapuçin meymunları da var imiş.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..


Alimlər, Mars ilə Yer kürəsinin toqquşacağı vaxtı təyin ediblər

Viskonsin Universitetindən olan amerikalı alim geofizik Stephen Meyers, Mars ilə Yer kürəsinin toqq..

×