Qafqaz Universitetində "Real StartUp Təcrübəsi" seminarı baş tutub
Digər
07.05.2017
Farid Pardashunas
Bu gün Qafqaz Universitetinin "Techno" klubunun təşkilatçılığı ilə növbəti seminar baş tutub. Tədbirdə spiker qismində Technote Media şirkətinin rəhbəri Fərid Pərdəşünas çıxış edib. "Real StartUp Təcrübəsi" adı altında təşkil olunan seminarda, Azərbaycan bazarında startaplar, startap və investor münasibətləri, uğurlu təqdimatın hazırlanması, startap və ənənəvi bizneslər arasında fərqlər mövzularda müzakirələr aparılıb. 2 saat davam edən seminarda Qafqaz Universitetindən və digər universitetlərdən 120-dən çox tələbə iştirak edib. Tədbir ödənişsiz, maarlifləndirmə xarakterli olaraq baş tutub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!