Qafqaz Universitetində Real StartUp Təcrübəsi seminarı baş tutub

08.05.2017 0 PAYLAŞIM 5921 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bu gün Qafqaz Universitetinin "Techno " klubunun təşkilatçılığı ilə növbəti seminar baş tutub. Tədbirdə spiker qismində Technote Media şirkətinin rəhbəri Fərid Pərdəşünas çıxış edib. "Real StartUp Təcrübəsi " adı altında təşkil olunan seminarda, Azərbaycan bazarında startaplar, startap və investor münasibətləri, uğurlu təqdimatın hazırlanması, startap və ənənəvi bizneslər arasında fərqlər mövzularda müzakirələr aparılıb. 2 saat davam edən seminarda Qafqaz Universitetindən və digər universitetlərdən 120-dən çox tələbə iştirak edib. Tədbir ödənişsiz, maarlifləndirmə xarakterli olaraq baş tutub.