main-post-cover

    Qara dəliklərin toqquşması tezliklə baş tutacaq.

    07.05.2017
    Farid Pardashunas
    Elm adamları növbəti ilin əvvəlində toqquşmasını gözlədiyi 2 qara dəliyin daha yaxın zamanda baş tutacağın iddia etdilər.

    Məlumdur ki, qara dəliklər kainatın ən sirli və müəmmalı cisimlərindən biridir. Qara dəliklər bizə dünyanın, planetlərin yaranması haqqında məlumat verə bilər. Lakin bu o qədər də asan deyil. Çünki qara dəliklər bizim çatabiləcəyimiz məsafədən çox uzaqda yerləşirlər. Sırf buna görə onlar haqqında məlumat ədlə etmək çətindir. Elm adamları bəzi araşdırmalara istinadən iddia edirlər ki, bizdən minlərcə işıq ili uzaqlığında olan bu qara dəliklərin toqquşması daha tez baş tutacaq. Bu toqquşmanın fəsadları çox böyük olacaq lakin dünyadan kifayət qədər uzaqda olduqları üçün yer kürəsinə təsir etməyəcək. Bu iki qara dəlik biribirilərinin çəkim gücünə görə bir neçə müddətdir ki, ətraflarında dövr edirlər. İddialara görə bu iki qara dəlik əvvəllər başqa qalaktikaların toqquşması nəticəsində yan-yana gəlmişlər
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər