main-post-cover

    Qara dəliklərin uzaqda yerləşməsi Yer kürəsi üçün təhlükə riskini azaldırmı?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Xoşbəxtlikdən Yer kürəsinin yaxınlığında qara dəlik yoxdur.

    Lakin bu statusa olan ən yaxın namizəd A0620-00 adlı obyektdir və o 2800 işıq ili uzaqlığında yerləşir. Lakin onun bu qədər uzaq məsafədə yerləşməsi o demək deyil ki, o bizə zərər yetirə bilməz. Məsələ burasındadır ki, qara dəliklərin yaranmasından qabaq yüksək kütləli ulduzların partlaması baş verir. Bu partlayışların episentri çox uzaq məsafədə yerləşsə belə planetimizdəki həyata son qoya bilər. Ulduzlar qara dəliklərə çevriləndən sonra qamma şüaları adlı enerji ayrılır. Bizim planetimizi əhatə edən ozon qatı Günəşdən ayrılan qamma şüalara qarşı yeganə müdafiə növüdür. Lakin yüksək kütləli ulduzların partlayışı zamanı ayrılan qamma şüalar 1000 dəfə daha güclüdür. Beləliklə həmin şüalar planetimizi asanlıqla külə döndərə bilər. Bundan əlavə olaraq qamma şüalar o qədər qəribə hadisədir ki, hətda bizim DNT-dəki birləşmələri belə məhv edə bilərlər. Nəzərə alsaq ki, qamma şüaları adi gözlə görmək mümkün deyil və onların sürəti işıq sürətinə bərabərdir, onlar bizim planetimizə təsir etsələr biz bundan xəbərsiz olacağıq. Nəticədə qarşınızda gördüyünüz ağaclarla bol olan meşəlik bir anlıq "Mad Max” filmindəki kimi səhralığa çevriləcək. Yaxşı xəbər ondan ibarətdir ki, qamma şüalanmalar çox nadir hallarda baş verir və onların bizim planetimizə çatmaları üçün tamamilə qalaktikamızdan keçməlidirlər. Aşağıdakı təqdim olunmuş animasiyalı videoda qamma şüalanma prosesi və onun Yer kürəsinə verə biləcək zərəri haqqında ətraflı məlumat verilib.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər