main-post-cover

    Qara dəliyin fotosunu əldə etməyin maraqlı üsulu tərtib olunub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Massaçusets Texnologiya Institutunun tədqiqatçıları qara dəliyin fotosunu çəkmək üçün nəzərdə tutulmuş üsul tərtib ediblər. Bunun üçün Yer kürəsindəki bütün teleskopları işə salmaq lazım gələcək. Bu üsulun məğzi müxtəlif radioteleskoplardan alınmış məlumatların bir fotoda birləşdirilməsindən ibarətdir. Bir radioteleskop bu cür işin öhdəsindən gələ bilməz. Belə ki, əks halda teleskopun diametri 10.000 km olmalı idi (Yer kürəsinin diametri isə 13.000 km-dən bir qədər azdır). İnstitutun aspirantı və sözügedən üsulun müəllifi Katie Bouman bildirib ki, Yer kürəsinə yaxın olan qara dəlik çox kiçikdir. Onu görmək Ayın səthində qreypfurtu görmək qədər qəliz məsələdir. Əgər qara dəlik üzərində Yer kürəsinin müxtəlif nöqtələrində yerləşən radioteleskoplar vasitəsilə müşahidə aparılsa onda onun tam fotosunu əldə etmək mümkün olacaq. Radiosiqnallar divardan keçmək qabiliyyətinə sahibdirlər. Bu isə o deməkdir ki, onlar kosmosdakı tozun arasından keçə biləcəklər. Məhz kosmik toza görə biz qalaktikamızın mərkəzini müşahidə edə bilmirik. Qeyd edək ki, qara dəlik qalaktikanın mərkəzində yerləşir. Artıq 6 rəsədxana bu layihədə iştirakını təsdiqləyib. Müşahidələr 2017-ci ilin yaz fəslində başlayacaq. Belə ki, o dövrdə teleskopların effektiv müşahidələri üçün yaxşı şərait yaranacaq. Qara dəliyin ilk tam fotosunun gələn il ərzində əldə ediləcəyi güman olunur. Bundan əlavə olaraq əldə ediləcək foto Eynşteynin nisbilik nəzəriyyəsinin daha bir sübutu olacaq. 
    Linki kopyala