main-post-cover

    Huawei Mate S: Force Touch xüsusiyyətinə sahib ilk smartfon

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son zamanlar ağıllı telefon bazarında rəqabət daha da güclənib. Firmalar istehsal etdikləri telefonlarla öz güclərini ortaya qoyaraq alıcılara fərqli seçimlər təqdim edirlər. Və bu şirkətlərdən biri də ölkəmizdə də məşhur olan Huawei şirkətidir. Şirkət istehsal etdiyi telefonlarla bir neçə il ərzində böyük uğur əldə etmiş, dünya bazarında ilk sıralara yerləşmişdir. Rəsmi statistikalarda alıcılıq qabiliyyəti ilə 2 dünya nəhəngi - Apple və Samsung şirkətlərini geridə qoymağı bacaran bu şirkətin istehsal etdiyi cihazlar performansla yanaşı həm də qiymət baxımından hər kəsin ürəyincədir. Məhz bu səbəbdən Huawei-nin kütləsi durmadan artır. Bu yazımızda isə sizə Huawei-nin ən yeni modellərindən biri olan Huawei Mate S haqqında məlumat verəcəyik.
    DİZAYN
    Huawei Mate S modeli eleqant və gözəl dizayna malikdir. Bu model 149.8 x 75.3 x 7.2 mm (5.90 x 2.96 x 0.28 in) ölçüsündədir və ağırlığı 156 qramdır. Huawei Mate S modelində 5.5 düym AMOLED panelə sahib Full HD keyfiyyətli ekran quraşdırılıb. 401 ppi ekran Gorilla Glass 4 ilə qorunur. Smartfonun arxa tərəfində 13 MP keyfiyyətli BSI sensora sahib əsas kamera yerləşdirilib. Bu kameranın diafram ölçüsü isə isə f/2.0 olaraq tənzimlənib. Cüt LED flaş ilə dəstəklənən modeldə optik rəsim sabitləmə xüsusiyyəti də var. Ön tərəfdə isə qüsursuz selfi çəkilişləri üçün 8 MP LED flaş dəstəkli kamera qurraşdırılıb. Bu kameranın diaframı isə f/2.4 olaraq təyin olunub. Cihazın içərisində 2700 mAh həcmli çıxarılmayan batareya mövcuddur. Telefonun interfeysi EMUİ 3.1-dir. Cihazın arxa tərəfində isə barmaq izi sensoru var.
    TEXNİKİ GÖSTƏRİCİLƏRİ
    Huawei Mate S modeli güclü texniki göstəricilərə sahibdir. Bu cəhətdən bir çox rəqibini geridə qoyan cihazın performans baxımından heç bir problemi yoxdur. Telefonun ekranının arxasında 4 nüvəli 2.2 GHz tezliyində çalışan Kirin 935 prosessoru quraşdırılıb. 3 GB RAM ilə multitaskinqi üst pilləyə daşıyan Mate S 32, 64 və 128 GB daxili yaddaş seçimləri ilə satılır. Android Lollipop 5.1.1 əməliyyat sistemi ilə gələn smartfona Android Marshmallow 6.0 yeniləməsi də gələcək. Eyni zamanda onu da qeyd edək ki, yaddaşı maksimum həddə çatdırmaq istəyənlər üçün MicroSD kart girişi də mövcuddur.



    FORCE TOUCH
    İndi isə gələk telefonun ən önəmli xüsusiyyətinə. Huawei bu texnologiyanı "Knuckle Control” adlandırır. Ekrana tətbiq etdiyiniz təzyiqə görə fərqli toxunma xüsusiyyətlərini aktivləşdirirsiniz. Yəni ekrana yavaşca basdıqda həssas panel kimi işləyir, əgər qüvvətli bassanız digər xüsusiyyətlər də ekranda peyda olur. Məsələn şəkillərə baxarkən ekrana nə qədər sərt toxunsanız şəkildə o qədər çox yaxınlaşdırılacaq. Qeyd edək ki, bu xüsusiyyəti smartfon dünyasına ilk dəfə Mate S modeli gətirib. 

     
    Huawei Mate S şirkətin uğurlu model siyahısını pozmur və hətta bir üst pilləyə qaldırır. Ekranı, kamerası ya da gətirdiyi yeniliklərlə yeni Mate S bu günki smartfon istifadəçisinin istəklərini maksimum dərəcədə qarşılaya biləcək bir smartfondur. 
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər