main-post-cover

    Qarşılayın! Tizen əməliyyat sistemli yeni Samsung Z3 Qlobal satışa çıxır.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsungun Tizen əməliyyat sistemli ən ciddi telefonu olan Z3 Hindistandan sonra Avropa və Rusiya üçün də satışa çıxır.
    Mobil telefon dünyasında əməliyyat sistemi dedikdə ağıllara Android, iOS və Windows gəlir. İstifadəçi sayına görə ən stabil ƏS iOS olaraq qiymətləndirilir. Samsung istifadəçilərinin əksəriyyəti isə Android-dən şikayətlənirlər. Xüsusilə ucuz marka olan telefonlarda ƏS-də donmalar çox olur. Android, həm Samsung həm də digər marka telefonlarda çox olduğu üçün Samsung gələcəkdə özünə xas əməliyyat sistemi yaratmaq niyyətində idi. Andorid ƏS-də TouchWiz ilə problemlər yaşayan Samsung, deyəsən bu dəfə bu problemləri köklü həll etmək qərarına gəlib. Bu məqsədlə Tizen ƏS-ni hazırlayan Samsung bu sistemi ilkin olaraq ağıllı saatlarında istifadə etdi. Bunun ardından 2.4 versiylı Tizen ƏS ilə çalışan Samsung Z3 test üçün Hindistanda satışa çıxmışdı. Qiyməti isə cəmi 130 dollar idi. Uğurlu bir qrafik sərgiləyən Samsung Z3 indi isə Avropa və Rusiya bazarına daxil olur. Bununla həm istifadəçilər Tizen ƏS-ni test etmiş olacaq həm də mütəxəssislər telefonun insanlarda necə maraq oyadacağı ilə bağlı geniş təcrübə toplayacaqlar. Əgər işlər yolunda getsə, böyük ehtimalla Samsung bu ƏS-in dahada təkminləşdirəcək və biz gələcəkdə Samsung-un flaqman modellərində bu ƏS-ni görə biləcəyik. Telefon haqqında isə aşağıdakıları deyə bilərik:
    5 düyümlük HD Super Amoled ekrana sahib olan Samsung Z3, Spreadtrum 4 nüvəli və 1.3 Ghz sürətə malik çipset istifadə edir. 1 GB RAM-a sahib olan Z3-ün arxasında 8MP önündə isə 5MP kamera var. Batareya gücü isə 2600 mAh-dır. İki sim kart dəstəyi olan telefona MicroSD kart da daxil etmək mümkündür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər