

Oyun komputerindən nə gözləyərik? Güclü prosessor? Performans canavarı video kart? Mobil texnologiyaların ən inkişaf edilmiş halı artıq bizlərlə olacaq. Skylake seriyasının ən sürətli Nvidia ekran kartını bir araya gətirən Monster modeli T7 V6.1 əsl texnologiya canavarı olacaq.

Yeni Tulpar modelinin digər üstünlüyü isə dünyanın ilk stolüstü ekran kartını özündə gətirməsidir. GeForce ailəsinin ən sürətli və ən inkiçaf etmiş ekran kartı GTX 980 grafika mühərrikini hər zaman daşına bilinən hala gətirən Monster, Nvidia maxwell arxitekturası ilə Skylake teknologiyasını bir arada istifadə etməyi mümkün hala gətirir.
GTX 980 ekran kartının digər üstünlüyü isə Multi,Frame sampled Anti-Aliasing texnologiyasıdır. Bir şəkil hissəsində və pikseldə nümunə hesablamalar edərək kənarlıqları qoruyan bu ekran kartı 30%’lik performans artışını da özündə gətirir. Həm bir birinin ardınca gələn sürətli səhnələr, həm də fps cəhətdən olduqca mükəmməl performans sərgiləyən ekran kartı qüsursuz oyun təcrübəsi təqdim edir.
Bütün Monster modelləri kimi tamamilə oyunçuların bütün ehtiyaclarını ən yaxşı şəkildə qarşılamağı hədəfləyən Monster Tulpar T7 V6.1, 16GB (2x8GB) DDR4L 1.2V 2400MHz RAM dəstəyi və Samsung 256 GB 950 PRO M.2 Sata SSD dəstəyi qazanıb.
Şərh yoxdur