main-post-cover

    Qarşınızda Sony Xperia X

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünən keçirilən MWC 2016'da Sony firması Xperia X modeli ilə qarşımıza çıxdı. Mükəmməl performansa sahib olan telefon rəqiblərindən heç də geri qalmır.

     
    Sony Xperia X Qualcomm'un Snapdragon 820 prosessorundan güc alır. Cihazın home düyməsinə barmaq izi sensoru da əlavə olunub.
    Snapdragon820 ilə yanaşı cihaza 3 GB RAM, 32 GB daxili yaddaş quraşdırılıb.


    5 düym ekranda Full HD keyfiyyətə sahib Xperia X'in ekranı Trılumınos texnologiyasından istifadə edir.
    Sony Xperia X seriyası Predictive Hybrid Autofocus dəstəkli 23 MP yeni nəsil kamera istifadə edir. Bu texnologiya ilə obyekti seçə bilirsiniz və hərəkəti təxmin edərək bulanıq fotolar yerinə, sabit fotolar çəkməyinizə kömək edir.

    Batareya tutumuna gəldikdə isə cihaza 2620 mAh həcmli batareya quraşdırılıb. Amma tədbirdə bu batareya ilə 2 günə qədər enerji saxlama potensialı olduğu vurğulandı. Cihaz Android 6.0 Marshmallow əməliyyat sistemi ilə işləyəcək. Ağ, qara və çəhrayı rəng versiyaları ilə Xperia X seriyası bu yay satışa çıxarılacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər