main-post-cover

    Qarşınızda tam yeni Mitsubishi Pajero Sport!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Ardı kəsilməyən şayiələrdən sonra nəhayət Mitsubishi yeni Pajero Sport modelini rəsmi şəkildə təqdim etdi. Tamamilə yenilənən Pajero Sport-un eksteryeri bu il restaylin olunmuş kiçik qardaşı Outlander-ə çox bənzəyir. Avtomobilə baxdıqda ilk diqqəti cəlb edən yenilənmiş nazik ön faralar və barmaqlıqlar olur. Arxa hissədəki uzun stoplar da Pajer Sport-un üzünü tamamlayır. Xrom detallar, c sütununa qədər uzanan aerodinamik girintilər və yeni disklər onu şəhər krossoveri kimi göstərsə də yerdən bir xeyli hündür olması və böyük şinləri Pajero Sport-un yolsuzluq performansından xəbər verir. Avtomobilin interyeri ilk baxışda Pajero-ya bənzəsə də yenilənmiş hava çıxışları, 4 qollu sükan və sürət göstəriciləri Pajero Sport-un fərqli cəhətlərini göstərir. Eyni zamanda Mitsubishi ilk dəfə bu avtomobildə elektronik əl tormozundan istifadə edib. Yeni Pajero Sport L200-də də istifadə olunan 2.4 litr MIVEC mühərrikindən güc alır hansı ki 181 at gücü və 420 nm torque hasil edə bilir. Daha çox performans istəyənlər üçün avtomobilin satışa buraxılarkən 3 litr benzinli mühərrik opsiyasının da olacağı güman edilir.
     
    Qeyd edəkki, avtomobilin satışına payız aylarında start veriləcək və 90-dan çox ölkədə satışa buraxılacaq.
     
     
     
     






    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər