main-post-cover

    Qarşılayın yenilənmiş Lexus LX 570!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Lexus öz dəbdəbəli 8 nəfərlik SUV modelini nəhayət yenilədi. Yeni LX 570 digər qardaşı Land Cruiser 200-ə həmişəkindən az bənzəyir. Artıq eyni olan tək detal korpusdur. Ön və arxa üz tamamilə yenilənib. Öndə yeni iri, uzun faralar və nəhəng barmaqlıqlar LX 570-in yeni dizaynındaki əsas dəyişikliklərdir. Eyni zamanda arxa hissəsi və D sütünü ilə birlikdə diskləridə tamamilə dəyişən avtomobilin yeni görüntüsünün əvvəlinə nisbətən daha təmtəraqlı olduğunu demək olar.
     

     
    Avtomobilin interyerindəki kiçik dizayn dəyişiklikləri ilə birlikdə orta konsola böyük monitorlu idarə paneli əlavə olunub. Bu monitor vasitəsi ilə multimedia və Lexus Safety System-i idarə etmək mümkündür.
     
     

    Avtomobilin mühərriki yenə Toyota-nın Lexus LX 570-də istifadə etiyi həmişəki 5.7 litr V8-dir. Bu atmosfer mühərrik yenə 383 at gücü hasil edir amma torque dəyəri artıq 403nm-dir.
    Linki kopyala