![Qartal Quadcopteri canlı zənn edib ovladı [Video]](xeber/2015-08/1439465455_untitled.png)

Dronelar və Quadcopterlər müxtəlif tipli möhtəşəm videolar çəkmək üçün ideal vasitələrdir. Ancaq təəssüf ki, heyvanların bir canlıyı süni bir maşından ayıracaq şüuru yoxdur.
Bir neçə gün əvvəl Avstraliyada Melbourne`un Hava Youtube kanalında paylaşılan videoda da, böyük bir qartalın havada uçan drone`u canlı quş zənn edib ona hücum etməsi göstərilir. Cəmi tək bir vuruş ilə, qartal havada öz videosunu çəkməklə məşğul drone`u yerə göndərir. Xoşbəxtlikdən, nə qartala, nə də drone`a ciddi bir ziyan dəyməmişdir.
Şərh yoxdur