main-post-cover

    Qatilin "iPhone"u rus hackerlər tərəfindən sındırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Türkiyədəki rusiyalı səfir Andrey Karlovu qətlə yetirən şəxsin iPhone cihazı hack edildi.


    Rusiya tərəfinin Türkiyəyə göndərdiyi mütəxəssislərdən ibarət qrup, Andrey Karlovu qətlə yetirmiş terrorçunun iPhone cihazını hack etməyi bacarıb. Türkiyənin hüquq-mühafizə orqanları, cihazı 19 Dekabr tarixində əldə etmişdir. Məlumata əsasən Türkiyənin hüquq-mühafizə orqanları, Rusiya mütəxəssislərindən iPhone-u hack etməyi xahiş edib. Rusiya tərəfi isə öz mütəxəssislərini Türkiyəyə, cihazın kriminalistik araşdırması üçün göndərmişdi. Həmin mütəxəssislərdən ibarət qrup isə cihazı hack etməyə nail olub.
     
    Daha əvvəlki məlumata görə Türkiyə höküməti, iPhone-nun hack edilməsi ilə bağlı "Apple” şirkətinə müraciət edib. Lakin şirkət bu məlumatı təkzib edib. Əldə olunmuş cihaz, iPhone 4s modelidir. Şahidlərin məlumatlarına əsasən smartfonda terrorçuların işləri haqqında məlumatları üzə çıxaracaq fayllar mövcuddur.
    Linki kopyala