main-post-cover

    Qatlanan Velosiped: FUBi fixie!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Qatlanan Velosiped: FUBi fixie!

    Normal velosipedlərlə eyni xüsusiyyətlərə malik olan bu velosipedi bir neçə saniyə ərzində qatlamaq mümkündür. İndi isə qatlanan velosiped Kickstarter vasitəsilə ianə toplayır.
     
    Qatlanan Velosiped: FUBi fixie!


    Bir vaxtlar, Kickstarter platformasında mini HD, 4K, 360 dərəcə kimi bir çox kamera məşhur idi. Demək olar ki, hər həftə yeni bir kamera ortaya çıxırdı. İndi isə velosipedlər, xüsusilə də qatlanan velosipedlər olduqca məşhurdur.

    FUBi fixie velosipedlərinin əsas prinsipi, klassik velosiped dizaynına oxşar, heçbir itki olmadan qatlanan velosiped hazırlamaqdır. Öz velosipedlərinizi,
    FUBi ilə qatlanan bir velosipedə çevirə bilərsiniz. Bunun üçün FUBi fixie'ni bütövlükdə almaq əvəzinə, sadəcə gövdəsini alaraq öz velosipedinizin hissələri ilə birləşdirdikdən sonra, qatlanan velosiped kimi istifadə edə bilərsiniz.
     
    Qatlanan Velosiped: FUBi fixie!


    Əlavə alət lazım olmadan 5-10 saniyə ərzindən qatlanıb-açıla bilən velosiped, klassik velosipedlərdən daha yaxşı sürət performansı göstərir. FUBi fixie-in gövdəsi, 4130 krom molibden dəmir boru sistemi ilə hazırlandığı üçün həm yüngül, həm də bərkdir.
    Liftdə, metroda, avtobusda və bir çox maşında daşına bilən FUBi fixie , qatlananda 1 metrdən daha qısa olur. 11 kiloqram ağırlığı olan velosiped Kickstarter platformasında təxmini 47 min dollar hədəfləyib. 22 min dollar toplanan layihənin bitməyinə hələ 28 gün var. FUBi fixie gövdəsinə 2 il qarantiya ilə sahib olmak üçün minimum 277 dollar ianə etmək lazımdır. Əgər velosipedi bütövlükdə istəyirsinizsə qiymət 490 dollardır.

    FUBi fixie haqqında daha çox məlumat almaq üçün, buraya daxil olaraq Kickstarter səhifəsinə baxa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər