main-post-cover

    Qərar ver: Sən rəqəmsən yoxsa şəxs?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Camaat bizim yaşda ailə qurub oğul böyüdür. Onlar hər səhər ciddi iş geyimlərini geyinib ciddi işlərinə getdikləri, bu işlərinə həftənin beş-altı gününü bəzən isə əlavə məvacib qarşılığında yeddi gününü və hər bu yeddi günün 8 saatını sərf edib ay sonunda sevmədikləri işdən qazandıqları pulu sevdikləri xərclərini ödəyəbiləcək qədərində olmadıqda, yalnız kredit və ipotekaya bəs etdiyi halda, mən nə ilə məşğulam?
    Camaat uşağı oyuncaq istəyəndə cavab olaraq "maaş olanda alarıq" deyəndə mən nələrdən danışıram? Bu dediyim camaat həftədə azı 2-3 dəfə maddi problemlər səbəbindən evində konflikt yaşayanda mən nə yaşayıram? "Şuba, qızıl deyib uzağa getmirəm, həyat yoldaşına ayda bircə dəfədə olsun bir xoş gözlənilməz hədiyyə edə bilməmək, ildə bir dəfə durduq yerə şam yeməyini evdə yox, füsünkar bir restoranda yeyə bilməmək nədir?" sualını belə özünə verməyə vaxt və imkan tapa bilməyən gəncin suallarına müvafiq olaraq mən hansı sualları özümə verirəm? "Əyləncə bekar adamların işidir" fikrini mən dərk edə bilməyəcək qədər bekar adam olduğumu anlaya bilirəmmi?
    Biraz pozitivləşdirək… Bazar günü yuxudan gec oyanmağın dəyərini bilirəmmi mən? Min alınmayan hədiyyələrdən sonra bircə zəif cüzi bir hədiyyə verə bildiyin ailə üzvünün sevincini anlaya bilərəmmi mən? Bizim kapitalizm dövrünə keçdiyimizin fərqinə varmayıb, hələdə sosialist düşüncəsində olub "dövlət imkan vermir" cümləsini işlətməyin nə qədər rahatlayıcı hiss verdiyini anlayırammı? Ya ildə 2-3 dəfə verilən bayramlar? Xoş qarşılanmış "vıxadnoylar"? Mən bunları "dadını" bilirəmmi? Və ən əsası, mən sən - "camaat" qədər həyat yaşayıb çətinlik görmüşəmmi? Cavab: - Yox.
    Mən sənin "boş" zənn etdiyin amma səni indiki gündə "boş" olmağa imkan verməyən işlərin bir hissəsi ilə məşğulam. Mən sənin heçvaxt "hərləmədiyin" insanlar barədə yazılmış, sən mağazada rastlaşdıqda görməzdən gəldiyin kitabları oxumaqla məşğulam. Mən bu kitabların haqqında yazılmış olduğu insanların qərarlarını incələməklə məşğulam. Bu qərarlar sənə sənin əcdadlarından daha asan - daha rahat yaşamağa imkan vermiş qərarlardır. Mən planlar qururam, amma təbii ki onlarda da məna görmək istəməyəcək qədər nifrətini qazanmışam artıq. Sən fərqində deyilsən, amma mən səni tanıyıram.
    Düzdür, bir şəxs olaraq yox, bir rəqəm kimi tanıyıram səni. Böyük statistik təhlillər arasında yer tutan kiçik bir rəqəm. Amma mən istədiyim an bu "rəqəmin" nə ilə qidalandığını, nəyi sevib nəyə nifrət elədiyini, imkanının nəyə çatdığını və imkanı çatmasa belə alacaqlarını, hansı problemləri yaşadığını və yaşadığı problemləri necə həll elədiyini, necə göründüyünü, boyunu, çəkisini, saç və göz rəngini, maraqlarını, hansı musiqini dinlədiyini,hansı kitabları oxuduğunu, təhsil səviyyəsini, sosial aktivlik dərəcəsini öyrənə bilərəm. Belə çıxır mən bu "rəqəmin" bütün səciyyəvi xüsusiyyətlərini öyrənə bilərəm. Onda "rəqəm" sözünü "şəxs" sözü ilə əvəzləməyə maneə törədən nədir? Ey ulu Rəqəm, nədir səni şəxs edən? (Lap qafiyə kimi oldu. Birdə oxu, amma rola gir, sanki sən exceldən mənə baxırsan. Mən isə monitorun qarşısından soruşuram və səsim exo ilə sənə çatır:"Ey ulu rəqəm, nədir səni şəxs edən?"). Mən səni tanıyıram, dostum. Mən səni,bəlkədə, sənin özündən daha çox tanıyıram. Fərz et ki bir gün oturub özünü mənə danışmısan. Mən səni düşünürəm. Yox, yox, mən sənin dünənini, bu gününü və sabahını düşünürəm dostum! Bu mənim işimdir. Və üstəlik də buna görə maaş almıram. İş vaxtım 7/24-dür. Bəli bəli "vıxadnoysuz". Buna görə heç pensiya alacağım da dəqiq deyil. Ümumiyyətlə bu işimdən, yəni səninlə olan dostluğumuzdan nə vaxtsa maddi gəlir qazanacağıma əmin deyiləm. Amma mən sənin oğlun səndən daha yaxşı həyat yaşasın deyə dayanmadan işləyirəm. Mən sənin yaşadığın ölkəni dəyişirəm. Mən sənin düşüncəni dəyişirəm - səni pozitiv edirəm. Mən sənin gələcəyini dəyişirəm. Çünkü mən BİR STARTAPÇIYAM.

    Müəllif: Həsənağa Azad

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər