main-post-cover

    Qeyri-adi hadisə: Bu gecə son 70 ilin ən möhtəşəm Ay görüntüsü ilə qarşılaşa bilərsiniz

    07.05.2017
    Farid Pardashunas

    Ayın normalda olduğundan çox daha böyük və parlaq görüldüyü son 70 ilin ən böyük dolunayı "Super Ay" hadisəsi bu gecə reallaşacaq. 

    Hər il olduğu kimi Ay, Dünyanın ətrafında bir il boyunca oval halında dolanır və bu əsnada izlədiyi yol səsəbindən hər il Dünyaya ən yaxın olduğu bir gün mövcud olur. Bu il isə Ayın Dünyaya ən yaxın olduğu gün Ayın tam (dolunay) olduğu zamana təsadüf edir və Ay, Dünyaya normaldan daha yaxın bir nöqtədə yerləşəcək.
    Xüsusilə kosmos maraqlılarının uzun müddətdir gözlədiyi möhtəşəm şəkillərə mövzu olacaq ən böyük və parlaq bədirlənmiş ayın görüləcəyi Super Ay, bu gecə reallaşacaq.
    Ən son 70 il əvvəl belə bir görüntü yaşanıb və bu gecə Ay, Dünyadan baxıldığında hər zamankindən 30% daha parlaq və 12% daha böyük görünəcək. Bu gecə hadisəni qaçıranların isə yenidən izləmək üçün bir sonrakı imkanları 25 Noyabr 2034-cü ildə olacaq.

    Azərbaycanda saat neçə radələrində görüləcək?

    Əlbəttə bu hadisənin ölkəmizdə hansı saat aralığında görünəcəyi hərkəsə maraqlıdır. Hər ölkədə fərqli saat aralıqlarında görünəcək hadisənin Bakı saatı ilə təxminən 04:30-da başlayacaq və saat 5-5:30-a qədər davam edəcək.
    Beləki, göyüzünün rahatlıqla görülə bildiyi bölgələrdə təsirli mənzərələr yaradacaq hadisə sizində diqqətinizi çəkirsə və Instagram üçün mükəmməl şəkillər çəkmək istəyirsinizsə bu gecə yaşanacaq Super Ay hadisəsini unutmayın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər