Qi nədir ? Qi texnologiyası nə işə yarayır ?

Qi nədir ? Qi texnologiyası nə işə yarayır ?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İnduktiv güc standartı kimi bilinən Qi nədir ? Nə işə yarayır ?
 
Kabelsiz şarj dəstəyi ilə gələn cihazlarda olan Qi standartını yəqinki, eşitmisiniz. Son vaxtlar belə cihazların sayı sürətlə artır və "Qi" sözünü də tez-tez eşidirik. Yaxşı bəs Qi nədir və Qi teknologiyası nə işə yarayır?

Qi nədir və nə işə yarayır ?

Qi sözünün kökünün 5000 il əvvələ aid olduğuna inanılır. Qigong adlandırılan bu söz, ənənəvi Çin tibbində , həyat enerjisi adlandıra biləcəyimiz "Qi" enerjisinin tarazlıq və nizamlı formada bədəndə axmasını təmin edən çalışmalara verilən ümumi addır.

Keçmişdə "həyat enerjisi" olaraq bilinən "Qi" indiki dövrdə texnoloji cihazlarda istifadə edilir. Bu texnologiya vasitəsilə ağıllı cihazlara kabelsiz "həyat enerjisi" vermək, yəni  "şarj" etmək mümkündür. Qi, kabelsiz şarj mövzusunda qlobal standartdır və kabel və ya adapterləre ehtiyac olmadan, induksion transferdən istifadə edərək cihazları şarj etməyə imkan verir.
 


Həmçinin Qi texnologiyasından powerbank cihazları başda olmaqla, avtomobil üçün telefon tutacaqları, hətta mebellərdə də istifadə olunur. Bu cihazların əsas məqsədi isə Qi dəstəkli digər cihazların üstünə qoyulduqda onları şarj edə bilmələridir. Bu texnologiyanın Wireless Power Consortium (WDC) tərəfindən hazırlandığını da qeyd edək.

Qi texnologiyası hal-hazırda 5w şarj qabiliyyətinə malikdir. Yəni indi də bu texnologiyadan istifadə edərək cihazlarınızı şarj edə bilirsiniz, ancaq bu çox vaxt aparır.  Qeyd edək ki, bu yaxınlarda 15w\'luq yeni standart haqqında xəbər gəlib. 15w\'luq standart kabelsiz şarj vaxtını bir az daha qısaldacaq. Həmçinin Qi texnilogiyalı cihazlar çox uzaq məsafələrdən şarj ola bilmir. Bu texnologiyada cihazların şarj olmağı üçün Qi texnologiyalı pad\'in və ya başqa bir alətin üstündə, şarj etmək istədiyiniz cihazın müəyyən bir məsafədə olmağı lazımdır. Bu mövzuda da işlər davam edir. İlk başlarda 7 mm\'ə qədər dəstək verən texnologiya, artıq 45 mm\'ə qədər məsafələrə dəstək verir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×