İnsanlığın sonuna səbə olacaq fəlakətə yaxınlığımızı təmsil edən qiyamət günü saatı, elm adamları tərəfindən gecə yarısına 3 dəqiqə qalmış ( 23:57 ) kimi tənzimləndi.
Qiyamət günü saatı yəni Doomstay Clock elm adamları tərəfindən hazırlanmış və gecə yarısı olduğu anda qiyamətə səbəb ola biləcək fəlakəti göstərən simvolik bir quruluşdur.
Chicagoda mövcud olan Bulletin of the Atomic Scientists toplusu tərəfindən idarə edilən bu saat Amerika və Rusiya arasında soyuq müharibənin mövcud olduğu vaxtlarda və nüvə təhdidlərin baş verdiyi məqamlarda gecə yarısına 2 dəqiqə qalaraq sazlanmışdı. Sonralar Amerika və Rusiya arasında müansibətlər mülayimləşəndə 23:43 olaraq saat geri alınmışdı.
Son məlumatlara görə denyanın seçilən elm adamlarının iştirak etdiyi bu kollektiv saatı son olaraq 23:57 olaraq qeyd ediblər. Səbəb olaraq isə nümayəndələr qlobal istiləşmə, kütləvi nüvə silahlarının istehsalı və hidrogen bombalarının ölkələr tərəfindən sınağdan keçirilməsini qeyd ediblər.
Təbii ki, bu saat simvolik xarakter daşıyır lakin bu ona əsas vermir ki, qeyd olunan təhlükələri göz ardı edək.
Şərh yoxdur