main-post-cover

    Qız iPhone 7 sifariş etdi amma gözlənilməz sürpriz ilə qarşılaşdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bəzən ilk baxışdan əlverişli görünən iş əslində heçdə əlverişli olmur. Kanel Mimi adlı gənc çinli qız öz uğursuz iPhone 7 alışı haqqında hekayəsini sosial şəbəkədə paylaşıb.

    O internetdən yenicə satışa çıxmış iPhone 7 smartfonunu sifariş edib. Lakin yeni smartfonun yerinə qız iki ədəd köhnə model iPhone və onların birləşməsi üçün nəzərdə tutulmuş sehrli oyun kartını əldə edib. Kanel, Facebook-da qızılı-çəhrayı rəngdə və qiyməti 500$-a olan iPhone 7 təklifini görüb. Gənc qız bu təklifi əlverişli hesab edərək satıcı ilə əlaqə saxlayıb. Alış ilə razılaşaraq qız gözlədiyi əmanəti əldə edib. Lakin qızın sevinci çox çəkməyib. Belə ki, malın qutusundan iPhone 3G,iPhone 4Yu Gi Oh stolüstü oyununa aid sehrli kart çıxıb. Həmin kart Yu Gi Oh oyununda iki personajı bir güclü personaja çevirmək xüsusiyyətinə sahibdir. Görünür satıcının çox sərt zarafatının kuliminasiya nöqtəsi məhz burdadır. Belə ki, kart vasitəsilə satıcı gənc qıza iPhone 3G və iPhone 4-ü daha güclü smartfona çevirməyi təklif edib. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər