main-post-cover

    Azərbaycanlı gənclərin hazırladığı yeni məhsul Qmeter nədir? Necə istifadə olunur?

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
     

    Azərbaycanlı gənclərin hazırladığı və dünya bazarında müştəri məmnuniyyətini yeni səviyyəyə qaldırmağı hədəfləyən məhsul Aprel ayının 24-ü istifadəyə verildi. 

    Qmeter adlanan məhsulun əsas məqsədi xidmət sahəsində fəaliyyət göstərən şirkətlərə ən effektiv geri əlaqə alətləri təqdim etməkdir. Məhsulun adının Qmeter seçilməsi heç də təsadüfi deyil. Açıqlaması "Quality Meter” (keyfiyyət ölçən) olan bu onlayn həll, biznes sahiblərinin öz xidmət səviyyəsini ölçmələri üçün geniş funksiyalı alətdir. Veb və mobil tətbiq olaraq fəaliyyət göstərən Qmeter artıq istənilən bizneslər üçün istifadəyə açıqdır. Müştəri ilə təmasda olan bütün biznes növləri üçün uyğunlaşdırılmış həll çox asan idarəolunma mexanizmine malikdir.
    Qmeter necə işləyir? 
    Çox sadə və istifadəsi rahat olan Qmeter mobil tətbiqi şirkətlər tərəfindən müştərilərinə təqdim edilir və onların xidmətlə bağlı fikirlərini toplayır. Müştəridən tələb olunan yeganə addım ekranda gördüyü düymələrə klikləyərək xidmət haqda düşüncələrini paylaşmaqdır.
    Biznes sahibləri isə öz növbəsində bu fikirləri dərhal (real-time) əldə edir, müştərilərinin xidmət haqda nəyi sevdiyini və ən əsası nədən narazı qaldığını dərhal görə bilirlər. Bu isə onlara xidmətlərində yaranmış çətinlikləri, çatışmamazlıqları aradan qaldırmağa imkan yaradır. Xidmətdə xüsusi olaraq konfiqurasiya olunan SMS və Email bildiriş funksiyaları sayəsində biznes sahibi əldə etmiş neqativ dəyərləndirmə haqda məlumatı dərhal mobil telefonuna əldə edə və ehtiyac olduqda dərhal müştəri ilə əlaqə saxlayaraq yaranmış çətinliyi aradan qaldıra bilər.

    Xidməti dəyərləndirən müştərilər istəkdən asılı olaraq öz şəxsi məlumatlarını tətbiqə əlavə edə bilərlər.Bu, müştəriyə şirkətin keçirdiyi kampaniya və xüsusi endirimlər haqda məlumatın effektiv olaraq çatdırılasında və ya hər hansı bir xoşagəlməz halın baş verməsi zamanı onunla əlaqə yaratmağa imkan verir.

    Şirkət nümayəndələrinin dediyinə görə xidmət kağızla hazırlanmış geridönüş formasından fərqli olaraq müştəri məmnuniyyətinin ölçülməsini daha effektiv hala gətirir və ən əsası, biznes sahibinin ehtiyacı olan müştəri fikirlərini detallı statistika ilə onlara dərhal təqdim edir. Qeyd edək ki, Qmeter bir məhsul kimi hal-hazırda dünyada mövcud olan ən geniş funksiyalı müştəri məmnuniyyətinin ölçülməsi alətidir.


    Qmeter xidmətindən istifadə etmək istəyən bizneslər üçün aylıq abunəlik 20 ABŞ dolları olaraq müəyyənləşdrilib. Xüsusilə qeyd etmək lazımdır ki, xidmət Azərbaycan şirkətləri üçün bir ay pulsuz istifadə imkanı təqdim edir.

    Qmeter haqda ətraflı məlumat almaq, qiymətlərlə tanış olmaq və birbaşa əlaqə saxlamaq üçün şirkətin rəsmi saytına keçə bilərsiz: www.qmeter.net


     
     
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər