main-post-cover

    Qocalmanın qarşısını almaq üçün yeni üsul

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Yaşla əlaqədar olaraq bizim orqanizmin hüceyrələri yararsız hala gəlir. Həmin yararsız hüceyrələr isə həmişə orqanizmdən vaxtında çıxmırlar. Nəticədə yararsız hüceyrələr onları əhatə edən toxumaları və digər hüceyrələri bir növ yoluxdurur. Bu proses hüceyrə qocalığı adlanır. Sözügedən proses orqanizmin qocalmağına, xərçəng və digər ciddi xəstəliklərə gətirib çıxardır. Mayo klinikasının alimləri laboratoriya siçanları üzərində aparılmış təcrübələr nəticəsində sübut ediblər ki, orqanizmdən həmin yararsız hüceyrələrin çıxarıldığı zaman orqanizmin yaşama davamlığı 35% artır. Baxmayaraq ki, yararsız hüceyrələr orqanizmdən immun sistemi vasitəsilə çıxarılır, müəyyən yaşdan sonra immun sistemi də bu tapşırığı yerinə yetirə bilmir. Bu, yararsız hüceyrələrin yayılmasına və beləliklə orqanizmin qocalmasına gətirib çıxardır. Hətda baxmayaraq ki, yararsız hüceyrələr bölünə bilmirlər, onlar yenədə ifraz etdikləri birləşmələr vasitəsilə toxumalara və digər hüceyrələrə zərər verirlər. 
     
    Siçanların orqanizmlərinin yararsız hüceyrələrdən azad olmaları üçün immun sistemə köməklik məqsədi ilə Mayo klinikasının alimləri özlərinin hazırladıqları AP20187 (dərmanın təcrübi adı) dərmanından istifadə ediblər. Siçanlara yeridilmiş bu dərman vasitəsilə onların orqanizmləri həqiqətən də yararsız hüceyrələrdən azad olublar. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, siçanların daxili orqanlarının o cümlədən piy və əzələ toxumalarının iltihabı prosesi tamamilə dayanıb. Təcrübənin baş müşahidəçisi Darren Baker əlavə edib ki, onların yaratdıqları təcrübi dərman effektiv olaraq orqanizmdən 60-70%-ə qədər yararsız hüceyrələri çıxarda bilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər