main-post-cover

    Qoruyucu üzlüyü, iPhone ekranına ideal şəkildə yapışdıran robot (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Qoruyucu şüşə və ya üzlük, iPhone üçün ən vacib xüsusiyyətlərdən biridir.

    Həmin xüsusiyyətlər smartfon ekranını mexaniki zədələrdən və gündəlik istifadə zamanı yarana biləcək cızıqlardan qoruyur. Lakin qoruyucu üzlüyü düzgün şəkildə smartfon ekranına yapışdırmaq heç də asan iş deyil. Smartfon istifadəçisinin nə dərəcədə bacarıqlı olmasına baxmayaraq qoruyu üzlüyü, qabarcıqların yaranmayacağı şəkildə yapışdırmaq sadə iş deyil. Bir çoxları üçün bu bacarıq illərlə inkişaf etdirilir. Hər-halda yaponlar bu problemi tamamilə aradan qaldırıblar. Təqdim olunmuş videoda bu iş üçün nəzərdə tutulmuş robot öz əlləri vasitəsilə qoruyucu üzlüyü, iPhone ekranına ideal şəkildə yapışdırır. Sözügedıən robot Yaponiyada keçirilmiş robotexnika sərgisində təqdim olunub.
    Linki kopyala